Helloween bayramı üçün möcüzəvi balqabaq

Helloween nədir?

31 oktyabr  İngilis dilində “Halloween”, dilimizdə isə “Helloween” adlanan balqabaqlar bayramıdır.

Ona görə Balqabaqlar bayramı ki, balqabaq “Helloween”nin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqların içini ovub, içərisinə şam qoyur. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər. 

Helloween bayramı üçün möcüzəvi balqabaq
möcüzəvi balqabaq

Balqabaqlar bayramı xristian dünyasına məxsus bayram olduğundan, müsəlmanlar bu haqda az məlumatlıdır.  Sözügedən bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Keltlərin adətləri əsasında formalaşıb. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda, Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunur.

İngilis dilinin Oksford lüğətinə görə,  “Hellouin” sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan “All-Hallows-Even” (Bütün müqəddəslərin axşamı) sözündən yaranıb. 

“Helloween” bayramını digər bayramlardan fərqləndirən əsas əlaməti, həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün “o dünya” və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər.

“WorldBook” ensiklopediyasında qeyd olunur ki, “Hellouin” bayramının kökləri 2000 il bundan əvvəl keltlərin qeyd etdiyi bütpərəst bayrama gedib çıxır. Keltlər inanırdılar ki, bu vaxt ölülər diri insanlar arasında gəzib-dolaşır, dirilər ölülərlə görüşə bilərdilər”.

“Amerika Ensiklopediyası”nda qeyd olunur ki, “Helloween” ayinləri xristianlıqdan əvvəlki dövrə aiddir və qədim keltlərin kahinləri druidlərin ayinləri ilə baǧlıdır. İrlandiya, Şimali Fransa və İngiltərədə məskunlaşan Kelt tayfalarının ili iki hissədən ibarət idi – yay və qış. Yay fəslindən qışa keçid məhsul yığımının sonuna düşürdü və oktyabrın 31-də qeyd edilirdi. Bu həm də yeni ilin başlanğıcı hesab olunurdu.

Azərbaycanda “Helloween” ekzotik və mübahisəli bayram sayılır. 

Mənbə: © atv.az

Balqabaqdan Helloween ücün yaradıcılar..

Bir zamanlar, bütün sosial şəbəkələrində kiçik bir Budda şəklində yetişdirilən meyvələr haqqında bir video məşhur idi. Bir fermer, bu videolara baxaraq, məşhur Helloweenə (cadılar bayramı) uyğun olan bu meyvədən biraz fərqli şəkildə yaratmaq istədi. Frankenstein və kəllə formasında balqabağ karnaval üçün mükəmməl tamamlayıcıdır.

Tony Digrer altı il əvvəl “Sinagro” fermasında yapon istehsalçıların kvadrat qarpızı necə yetişdirməyə başlamışdıqlarının yolunu öyrəndi. Onlar çox gözəl idi, lakin dadsız və yeməli deyildilər. Bu dadsız qarpızın qiyməti onları təəccübləndirdi. O, bir az tərəddüd etdikdən sonra işə başladı. Fermer bu meyvəni dadlı etmək qərarına gəldi. Üç ildən sonra Tonida buna nail oldu.

Tony Digrerin konsepsiyası

Onun növbəti konsepsiyası balqabağa çevirildi. Məqsədi başqa nadir bir məhsul əldə etmək idi. O, istəyirdi ki, bu məhsul sadəcə yayda yox, qışda da satılsın. Toni Digrer, Çində xüsusi mətbuat formaları düzəltməyə razılaşan istehsalçı tapdı. Amma 2017-ci ildə balqabaq məhsulunun mövsümü fermeri bir az məyus etdi. O bu meyvələrin 350 min ədəd yığımını gözləyirdi, ancaq toplanılan məhsul ikiqat az idi. Fermada ekim sahəsi quş sürüsünün hücumlarına məruz qaldı. Əkim mərhələsi zamanı toxumları yerdən çxardıb, onları dimdikləyirdilər. Belə problemlə ilk dəfə idi ki rastaşıblar.

Helloween bayramı üçün möcüzəvi balqabaq
möcüzəvi balqabaqlar

Möcüzəli balqabaq meyvəsinin artan sirri əməkdən və məhdud olan zamandan aslıdır. Yəni onu xüsusi qablara elə yerləşdirirlər ki, fərqli formaya sahib olur və daha sağlam yetişir. Onlara taxılan “maska” rahat olmalıdır. Əgər o çox boş olsa və meyvə çox kiçik olsa sonra böyüdükçə işıq istiqamətinə dönə bilər və kök zədələnir. Fermer iddia edir ki, bütün işləri vaxtında həyata keçirmək məcburidir. Meyvə yetişən zaman, onu tez yığmaq lazımdır. Toni Digrer və onun tərəfdaşları Pumpkin Steins və Gruesome Steines layihələrinə qoşulmağa fermerlər axtarırılar.

Möcüzə balqabaqlar ABŞ və Kanadada bir ədədi 39$ qiymətindədir. Sifarişlərin sayı hər dəfə artır, ona görə də bunların hamısını vaxtında etmək lazımdır ki, Helloween bayramına vaxtında çatsın.

Mənbə: freshplaza.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!