Hər dərdə dəva-qara yerkökü

Hər keçən gün qarşımıza tamamilə başqa bir ləzzət çıxır, ya rəngiylə, ya adıyla, ya dadıyla, ya da bilinməyən faydalarıyla təəccübləndirən tamamilə başqa meyvə-tərəvəzlər tanıyırıq. Agroexpert.az bu gün də adı son illərdə çox eşidilməyə başlayan bir tərəvəz haqqında araşdırmanı təqdim edir.

Qara yerkökü nədir? 
yerkoku

Qara yerkökü, rəngi görənləri heyrətə salsada əslində təbii bir məhsuldur. Rəngi niyə belədir? deyə düşünənlər üçün izah edək: Çünki qara kökün içində, bildiyimiz narıncı köklərdən 30 qat daha çox antioksidant var. Antioksidant xüsusiyyətləri daşıyan antosiyanin adlı piqmentlər baxımından olduqca zəngin olan qara yerkökü, bu səbəblə ən şəfalı tərəvəzlər arasına da adını qızıl hərflərlə yazacaq qədər təsirlidir.

Şalğam yerkökü olaraq da adlandırılan qara yerkökü ən çox şalğam suyunun hazırlanmasında istifadə edilsə də mətbəxlərdə özünə daha çox yer tapmağa başlayıb. Bəs, onu bu qədər xüsusi edən faydaları nələr? Buyurun birlikdə öyrənək.

Qara kökün faydaları
  • Qara yerkökü, yüksək miqdarda A, C və K vitaminləri ilə kalium, sink, kalsium və maqnezium kimi minerallar ehtiva edir.
  • Daşıdığı faydalı vitamin və minerallar sayəsində ilk olaraq immunitet sistemimizi möhkəmləndirir, bizi xəstəliklərdən qoruyur.
  • Ürəyimizin sağlamlığını qorumağa köməkçi olan qara yerkökü, xüsusilə qastrit, xora kimi mədə turşu mənbəli problemlərin yaxşılaşma prosesinə dəstək olur.
  • Qara yerkökü, yüksək miqdarda qida lifi olduğundan sağlam bir həzm sistemimiz olmasını təmin edir.
  • Bu xüsusiyyəti sayəsində iştah artırıcı bir təsir də yaradır.
  • Çox güclü antioksidant xüsusiyyətləri olduğundan bədənimizi sərbəst radikallardan qoruyur.
  • Bu xüsusiyyəti də onun qripdən müxtəlif xərçəng növlərinə qədər bədənimizdə qoruyucu təsir yaratmasını təmin edir.
  • Güclü antioksidant xüsusiyyətləri sayəsində hüceyrələrimizin təmizlənməsini təmin edir. Bu da dəri sağlamlığımıza müsbət təsir göstərir.
  • Daha parlaq, təmiz bir dəri təmin etməsiylə yanaşı qocalma əleyhinə bir təsir də yaradaraq qırışların yaranmasına mane olur.
  • Antioksidant xüsusiyyətləri sayəsində qara yerkökü, detoks suyu kimi də qiymətləndirilir. Şiş və şişkinliklərdən xilas olmaq üçün özü tək başına ən təbii reseptlərdən biri sayılır.
Qara yerkökü necə istifadə edilir?
qara kok

İlk olaraq təbii ki təzə-təzə yeyə bilərsiniz. Bu şəkildə istifadə etmək istəməsəniz meyvə sıxan köməyi ilə suyunu sıxıb içərisinə yarım limonun da suyunu əlavə edərək içə bilərsiniz.

Bununla yanaşı, eynilə narıncı kökləri etdiyiniz kimi rəndələyərək salata da əlavə edə bilərsiniz.

Qara kökün zərərləri varmı?

Qara kökün bilinən bir əks təsiri olmur. Ancaq başda allergiyası olanlar, ciddi-xroniki bir narahatlığı olanlar olmaqla qara yerkökünü həddindən artıq istifadə etməməlidir.

Qeyd edək ki, digər bütün məhsullarda olduğu kimi, xüsusilə ilk dəfə istifadə edəcəksinizsə, qara yerkökünü yeyəndən sonra orqanizminizdə hər hansı bir anormallıq hiss etsəniz birbaşa həkiminizlə məsləhətləşin.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!