Hər hektardan 40-45 sentner taxıl götürməyi planlaşdırırlar

Ağsulu fermer hər hektardan 40-45 sentner taxıl götürməyi planlaşdırır…

Taxılın məhsuldarlığı

Ağsu rayonunun Nəmirli kəndindən olan Məzahir Ədilov ailəsinə məxsus fermer təsərrüfatında taxılçılıqla məşğuldur. Ailənin 10 nəfər üzvü var.

taxılın məhsuldarlığı

Gələn ilin məhsulu üçün 30 hektarda payızlıq səpin aparan fermer son illər əsas diqqəti əkin sahəsinin artırılmasına yox, hər hektarda məhsuldarlığın yüksəldilməsinə yönəldib və bu sahədə uğurlu nəticə əldə etməkdədir.

Fermer bildirib ki, bitkiçilikdə taxılçılıq ərzaq təhlükəsizliyi üçün ən önəmli sahədir.
“Doğrudur, ailəmizdə tələbatımız üçün iribuynuzlu mal-qara, qoyun-keçi və toyuq-cücə də saxlayırıq. Lakin taxılçılıq fermer təsərrüfatımızda aparıcı sahədir.
Məhsuldar toxum, texnika, becərmədə aqrotexniki tədbirlərə vaxtında və keyfiyyətli əməl olunması zəruri şərtlərdir. Bizdə özümüzə məxsus olan şum traktoru, səpin və becərmə texnikası da vardır”
, – deyə M.Ədilov söyləyib.

Qeyd edək ki, hazırda fermerə məxsus sahələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır.
Bunun üçün bitki mühafizə mərkəzindən mütəxəssis dəvət olunub və kifayət qədər dərman preparatı gətirilib.
Fermer cari mövsümdə hər hektardan 40-45 sentner taxıl götürmək əzmində olduğunu bildirib.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!