Həvəskar balıq ovu qanunla qadağandırmı?

Düşünürsünüzsə ki, həvəskar balıq ovu tamamilə sərbəstdir, yanılırsınız. Nazirlər Kabineti 2017-ci ildə balıq ovuna çox sərt məhdudiyyətlər gətirdi. Bunları bilin ki, “radara düşəndə” şok olmayasınız. balıq ovu

Peşəkar balıq ovu ilə məşğul olmaq istəyən şəxslər Nazirlər Kabinetinin 152 nömrəli qərarında müəyyənləşdirilmiş şərtlərə əməl etməlidirlər.
Balıq ovu 4 yer bölünür. Bunlar sənaye, həvəskar, elmi tədqiqat və balıq artırma üçün həyata keçirilən balıq ovlarıdır. Bunların son ikisinin vətəndaşlara hər hansı bir formada aidiyyəti yoxdur.
Sənaye balıq ovu ödənişli formada həyata keçirilir. Həvəskar balıq ovu ilə məşğul olmaq istəyən şəxs, əgər hər hansı bir balıqçılıq cəmiyyətinin yaratdığı mədəni balıqçılıq təsərrüfatında ovla məşğuldursa, onda həmin şəxs də ödəniş etməlidir. Həmin ödənişin məbləği isə üzv olduğu cəmiyyətin rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Balıq ovçuları qoruqlar, balıq artırma vətəgələri, istisna olmaqla qanunvericilik çərçivəsində digər yerlərdə həvəskar balıq ovundan istifadə edilə bilər.
Eyni halda gün ərzində 5 kiloqrama qədər balıq tutmağa icazə verilir. Digər tərəfdən Qırmızı Kitaba düşən və vətəgə ölçüsünə çatmamış balıqların ovlanması qadağandır.
Xüsusi su tutumlarında və anbarlarında balıq ovunun xüsusi müddətləri var. Mingəçevir şəhər su körpüsündən, Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə aprelin 1-dən 12-ə qədər, balıq ovu etmək qadağandır. Kür çayı ilə əlaqəsi olan su hövzələrində və Xəzərə axan çaylarda mayın 1-dən iyunun 30-a qədər həvəskar balıq ovu ilə məşğul olmaq qadağandır.

Həvəskar balıq ovu üçün icazə verilən alətlər:

– hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
– lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
– bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.

Aşağıdakı yer və müddətdə idman və həvəskar balıq ovu qadağandır:

Qadağanın qüvvədə olduğu müddət intervalı
Xəzər dənizi
Şabran limanında 1 yanvar -15 iyun
Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi  sahədə 1 iyun – 20 iyul
Kür çayı
Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə 1 – 30 aprel

Çay ilə əlaqəsi olan su hövzələrində

1 may – 30 iyun

Xəzər dənizinə axan bütün çaylarda

1 may – 30 iyun

Krevetlərin kürüləmə müddətində

1 iyun – 1 iyul

Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə

1 yanvar -15 avqust

Xərçəng ovu

1 aprel – 31 oktyabr

Balıq ovu üçün məsləhətli ünvanlar və koordinatlar üçün bu məqaləyə də baxa bilərsiniz.

Ovlanan balıq miqdarına məhdudiyyətlər:

– gün ərzində 10 ədəddən çox olmayan xərçəng;

– gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;

– balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin  5 kq-dan çox olması halları istisna edilir).

Ovuna icazə verilən balıq üçün minimum ölçülər (sm):

Burda bir qismini qeyd edirik. Digərləri üçün ən aşağıdakı linkə baxın.

Sıf

43

Çəki

40

Çapaq

26

Külmə

17

Qarasol

17

Xəşəm

41

Kütüm

35

Kefal

24

Şamayı

19

 

Qanunun tam mətni burda: http://www.e-qanun.az/framework/35786

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!