Heyva sirkəsinin faydaları və hazırlanma qaydası

Heyva -qızılgülçiçəklilər fəsiləsindən çəhrayı – ağ çiçəklər açaraq, sarı iri bir meyvə verən ağacdır. Bu ağacın meyvəsindən edilən sirkə də ən az özü qədər şəfalıdır.

heyva sirkəsi

Son illərdə marketlərdə görməyə vərdiş etdiyimiz alma sirkəsi və üzüm sirkəsinin yeni variantı, heyva sirkəsidir. Heyva meyvəsinin tərkibi şirin və turş dadlardan ibarətdir. Beləliklə, heyva sirkəsi istifadə edildiyi salatlara maraqlı dad qatır.

Sirkə keçmişdən bu yana, unikal bir qida olaraq hamı tərəfindən qəbul olunur. Tarixi hardasa şərab qədər qədim olan sirkə, bir mənada köhnə şərab sayıla bilər. Əsrlərdir ki, hər ölkədə bir-birindən müxtəlif meyvə və tərəvəzlərin sirkələri istehsal olunub şəfasından və ləzzətindən istifadə edilib. Heyvanın həm tumundan, həm də çiçəklərindən istifadə edilir. Meyvəsindən mürəbbə, marmelad, bal və hətta ətir hazırlanan çox yönlü bir qidadır.

Heyva sirkəsinin tərkibi nədir?

Heyva sirkəsində yüksək A vitamini və kalium var. Həmçinin kalsium və dəmir mineralları də olduqca çoxdur. Bütün bu tərkibindəki komponentlərindən görə heyva sirkəsi, xolesterin problemi olanlar və diabet xəstələri üçün tövsiyyə edilir.

Heyva sirkəsinin faydaları nələrdir?

Heyva sirkəsi tarix boyu, tibbin inkişaf etmədiyi dövrlərdə, yanıq müalicəsində dərman niyyətinə istifadə edilirdi. Yanıq olan bölgəyə bol su ilə kompres edilərək istifadə edilir. Tərkibindəki kalsium səbəbiylə, inkişaf dövründəki uşaqlara çox faydalıdır. Sağlam böyümə dövrü üçün tövsiyyə edilir.

-Cinsi gücü artırdığı sübut olunmuşdur.
-Heyva sirkəsi, immuniteti gücləndirir, orqanizmi gümrah tutur və canlandırır.
-Üst tənəffüs yolu infeksiyasında müalicə edici xüsusiyyəti var. Öskürək və bəlğəmi yumşaltmağa köməkçi olur.Boğaz ağrılarına yaxşı təsir edir.Qrip və qrip kimi xəstəliklərdə sağalma prosesini sürətləndirir.
-Aparılan araşdırmalar, heyva sirkəsinin göz sağlamlığına faydaları olduğunu ortaya qoymuşdur.
-Heyva sirkəsi dərini gərginləşdirir,saçları gücləndirir. Nizamlı heyva sirkəsi istifadə edənlərin həm saçları, həm də cildində qısa müddətdə fərq edilən canlanma əmələ gəlir.
-Ağciyər xəstəliklərinin yaxşılaşdırılmasında müsbət təsirləri müşahidə olunmuşdur. Bununla yanaşı, mədə və bağırsaq xəstəliklərində heyva sirkəsi tövsiyyə edilir.Heyva sirkəsi, digər bütün sirkələrdə olduğu kimi mayalı bir qida olduğu üçün, mədə problemi yaşayanlar çox miqdarda istifadə etməməlidir.
-Heyva sirkəsi, ağız içi yaralarda və diş əti problemlərində müsbət rolu var. Həmçinin qədim dövrlərdə ağız qoxusunu aradan qaldırmaqda heyva sirkəsindən istifadə edilirdi.

Heyva sirkəsinin hazırlanma qaydası

Heyva sirkəsini marketlərdən rahat əldə etmək olar. Ancaq, həkimlərin də qeyd etdiyi kimi, hər bir qidanın ən təbiisini əldə etmək vacibdir. Heyva sirkəsinə də təbii sahib olmaq əlinizdədir. Hər kəsin evində asanlıqla tətbiq edəcəyi bir sirkə reseptini təqdim edirik.

  • -heyva
  • -qaya duzu
  • -alma sirkəsi və su

Əvvəlcə mövsümündə satılan, təzə və hər hansı bir çürüyü olmayan heyvaları təmizləyin. Təxminən bir kilo heyvanı xırda kub şəklində doğrayın. Böyük bir qazana heyvaları qoyun və üzərinə də 2 litr su əlavə edin. Heyvaları yaxşıca yumşalanadək zəif odda bişirin. Heyvalar lap yumşaq olduqdan sonra ocaqdan götürün və soyudun. Daha sonra, heyvanı qaşıq köməyiylə şüşə bir bankaya yerləşdirin. Heyvanın qazanda qalan bütün suyunu da əlavə edin. Bankanın şüşə olması xüsusilə sağlamlıq baxımından çox əhəmiyyətlidir. Bankaya heyva və suyunu qoyduqdan sonra, üzərinə 1 çay qaşığı qaya duzu, 1 stəkan təbii alma sirkəsi əlavə edin. Heyva sirkəsinin hazırlanmasında istifadə edilən alma sirkəsi mütləq təbii olmalıdır. Taxta qaşıqla qarışdırın və bankanın üzərini tənziflə bağlayıb, sərin və günəş görməyən bir yerdə saxlayın. Bankanı hər gün nizamlı olaraq taxta qaşıq köməyiylə qarışdırın. Heyva sirkəsi 3 ya da 4 həftəyə tam hazır olacaq. Bu müddət ərzində bankanı qarışdırmağa davam edin.

Müddətin sonunda, istifadəyə hazır hala gələn heyva sirkəni süzərək başqa qaba tökün. Mütləq sərin yerdə saxlayın. Təbii heyva sirkəsini, könül rahatlığı ilə istifadə edə bilərsiniz.

Heyva sirkəsi haralarda istifadə edilir?

Heyva sirkəsi, təbii üsullarla əldə edildiyi üçün heyvanın sahib olduğu bütün mineral və vitaminlərə malikdir. Heyvanın turş suyu olaraq təbir edilən bu şəfalı maye, ən çox yaşıl salatlara istifadə edilir. Qış tərəvəzlərindən ibarət olan salatlara xoş bir ətir verir. Bundan başqa, bişmiş tərəvəzlərə, pendirli reseptlərə, turş meyvə salatlarına da çox istifadə edilir. Heyva sirkəsi, bəzi ölkələrdə ət yeməkləri və düyüylə də istifadə edilir. Şirinı- turş dadı olan bu faydalı sirkə, bəzi balıq yeməklərinin də ecazkar bir tamamlayıcısıdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107