Heyvan bitləri insana keçirmi?

İnsanlarda olduğu kimi heyvanlarda da müxtəlif növ bitlər yaşaya bilər.

Keçən yazımızda sizlərə insan bitləri haqda geniş məlumat vermişdik.

Bu yazımızda sizlərə heyvan bitlərinin növləri, xüsusiyyətləri, zərərləri və onlardan xilas olma yolları haqda məlumat verəcəyik.

İki növ heyvan biti var: Əmici bit və sancan bitlər.

Sancan bitlər

İtlərdə Trichodectes canis, pişiklərdə Felicola subrostratus növləri olur. 1-3 mm uzunluğundadır, sarımtıl rəngdədir və bədənləri düz, ağız quruluşları dişləmə-yalama tiplidir.

Onlar ən çox ev heyvanlarının baş, boyun və arxa bölgələrində olur və tüklər arasında asanlıqla nəzərə çarpır. Laqeyd və baxımsız heyvanlarda daha çox rast gəlinir. Parazit heyvanın dəri qırıntıları və dəridə lezyonlardan sızan ekssudatlarla qidalanır. İnsanlara keçmirlər.

Parazit bütün həyatını ev heyvanının üzərində keçirir. Xarici mühitdə ən son 1 həftə içində ölür. Dişilər yumurtalarını tüklərə yapışdırırlar. Sürfələr 5-8 gün ərzində çıxır. Sürfələr üç dəfə dəyişilərək yetkinləşir. Ümumi inkişaf müddəti 3-5 həftə olur.

Heç bir aşkar simptom yaratmır. Yüngül qaşınma baş verə bilər. Ağır infeksiyalar saç tökülməsinə və bəzən qabığın ekzemasına səbəb ola bilər.

Əmici bitlər

Pişiklərdə əmici bitlər olmur. Linognathus setosus itlərin bədənində yaşayır. Erkəklərin böyüklüyü 1,5 mm, dişilərin böyüklüyü 1.7 mm. Ağız quruluşları sancıb əmən formadadır. Qan əmməklə qidalanırlar.

Cütləşmədən sonra dişi 4-6 həftə ərzində gündə 5-10 yumurta qoyur və yumurtalarını tüklərə yapışdırır. Sürfələr 5-8 gün ərzində çıxır və 3 dəfə qabıq dəyişdirdikdən sonra yetkinləşirlər. Onların reproduktiv dərəcəsi yüksəkdir.

Gənc itlərdə və uzun saçlı itlərdə daha çox qarşılaşmaq olar. Sayca çox olduqda, anemiyaya, inkişaf geriliyinə, zəifləməyə, az və ya çox qaşınmaya, yüngül dəri lezyonlarına və saç tökülməsinə səbəb olurlar.

Heyvan bitləri insana keçirmi?

Ən çox yayılmış bit növlərindən olan pişik və it bitləri heyvan birəsi adı altında ümumiləşdirilib. Heyvan bit və birələri ümumiyyətlə ev heyvanlarını bəsləyənlərin evlərində daha çox görülür.

Bir ev heyvanınız yoxdursa və evinizdə bit varsa, bu o deməkdir ki, küçədəki heyvanlardan sıçrayan paraziti evinizə siz gətirmisiniz.

Bəs bit pişik və itdən insana keçə bilərmi? Bəli, keçir!

Bitlər heyvanların tükləri arasında isti bir yer tapırlar. Heyvan bitləri pişiklərin və itlərin cəsədlərindən aldıqları qanla qidalanırlar. Pişik bitinin başı digər buralara nisbətən daha kiçik və tünd qəhvəyi və ya qara rəngdədir. Köpək biti bitlər arasında ən böyük növdür. Bu növ bitlər siçan, dovşan, qoyun, keçi, eləcə də itlərdə tapıla bilər. Heyvan bitləri pişik və köpək qanı qan əmməklə bəsləndiyi üçün insanlara da keçə bilər. Heyvan bitləri heyvanların bədənlərində yaşayır, ancaq yumurtalarını evin müxtəlif yerlərində qoyurlar. Buna görə də heyvan bitləri insanlara rahatlıqla keçə bilər.

Heyvan bitlərinin zərərləri nələrdir?

Sürətlə böyüməkdə olan heyvan bitləri sağlamlığa vacib təhlükədir. Heyvan bitləri qan əmərək bəsləndiyindən, əvvəlki qidasının qanından keçirdiyi mikrob və xəstəlikləri yeni qurbanına gətirir. Allergik xəstəliklər, ekzema, vəba, tüberküloz, tif və qızdırma kimi dəri xəstəlikləri ilə yanaşı insanlara da ötürə bilər. Yalnız insanlara deyil, digər heyvanlara da qan əmməklə yoluxan bir çox heyvan xəstəlikləri var.

Heyvan bitlərindən necə qurtulmaq olar?

Heyvanları bitlənmələrdən qurtarmağın ən zəmanətli yolu, xüsusi dərmanlarla bitlərin olduğu yerə püskürtməkdir. Bitlər ümumiyyətlə tozlu və çirkli mühitləri sevir, lakin təmiz evlərdə də bitlər görünə bilər. Heyvan bitləri ev heyvanları ilə ötürüldüyündən, evdə ev heyvanları bəsləyənlər hər daim risk altındadır. Mütəmadi olaraq elektrik süpürgəsi ilə süpürülən evlər də bitlər üçün təhlükə yaradır. Bitlər yumurtaları evin ən ucqar nöqtələrində belə paylandığından və tez yetkin bitə çevrildiyindən vaxtında aşkar edilməsi, dərmanın həmin yerə püskürtməsi vacibdir. Ev heyvanlarını da vaxtaşırı bit şampunları ilə yumaq lazımdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669