Heyvan kəsim qayda-qanunları

Heyvan kəsim qaydaları cəmiyyətimiz üçün önəmlidir. Heyvan kəsim zamanı sanitar qaydalarla yanaşı, saxlama və daşıma da önəmlidir. AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində yeni videoçarx hazırlayıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Təqdim olunan yeni videoçarx qanunvericilik çərçivəsində heyvan kəsiminin necə həyata keçirilməsi ilə bağlıdır.

Çarxda heyvan kəsim fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin heyvanın saxlanması, daşınması və kəsimi zamanı mövcud baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə riayət etmələrinin vacibliyi öz əksini tapıb.

Videoçarxda kəsim məntəqəsinə gətirilən heyvanın mütləq baytar müayinəsindən keçməli olduğu vurğulanır. Heyvanın kəsimdən istehlaka təqdim edilməsinə qədər bütün mərhələləri özündə əks etdirən çarxda temperatur rejiminə əməl olunmasının vacibliyi diqqətə çatdırılır.

Eyni zamanda, ət və ət məhsullarının müvafiq qaydada soyudulmadıqda və uyğun şəraitdə saxlanılmadıqda mikroorqanizmlərin inkişaf etməsinə, bu da öz növbəsində ətin vaxtından əvvəl xarab olmasına, qida mənşəli xəstəlik və zəhərlənmə risklərinin artmasına səbəb olduğu bildirilir.

Qida təhlükəsizliyi ilə bağlı digər məqalələr üçün bu bölümə baxa bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!