Heyvandarlığın qlobal perspektivləri

Bəlkə biraz elmi yazı olacaq, amma çox maraqlı informasiya və proqnozlardan bəhs edəcəyik. Məqalə elmi araşdırmalara əsaslanır. Məqsədimiz iş adamlarımıza heyvandarlıq sahəsində dünyada gedən tendensiya, imkan və perspektivlərdən bəhs etməkdir.

Dünya əhalisini qida məhsulları ilə təmin etmək-müasir cəmiyyətlərin ən böyük problemidir. Bu problem kompleks tərkiblidir, çünki burda təsiredici faktorlar çoxdur: demoqrafiq, ekoloji, texnoloji, siyasi və mənəvi. Məsələn, uzun müddətdir ki, 1,5 milyardlıq müsəlmanın halal qida tələbat faktoru nəzərə alınmır. Ona görə qida təminatı ilə bağlı proqnoz vermək asan iş deyil.

heyvandarlıq

Əsas dilemma əhalinin artmasıdır. 2050-də dünya əhalisi 9 milyard hesablanır. Bu əhalini balanslaşdırılmış zülal qidaları ilə təmin etmək üçün, illik ət istehsalını 465 milyon tona(200%), süd istehsalını isə 1043 milyon tona (180%) çatdırmaq lazımdır. Ət istehsalı artımında ən çox pay quş ətində olacaq.

Coğrafi amilə də nəzər salaq. Ət istehsalı inkişaf etməkdə olan ölkələrdə sıçrayışlarla, inkişaf etmiş ölkələrdə isə sabit artacaq, iki dəfəyə yaxın fərq olacaq. Bax bu tendensiyada ümid edirik ki, Azərbaycan da heyvandarlıqda dünyəvi mərkəzlərindən birinə çevrilsin. Bu inkişafın mənfi faktorlarından biri torpaq, digəri də məhz bizim regionda su problemidir. Startfor deyir ki, neft savaşlarını su müharibələri əvəz edəcək.

Torpaqdan söhbət düşmüşkən, vurğulayaq ki, torpaq probleminə iqlim faktoru da çox təsir edir. Qlobal isinmə, su və ətraf mühit kirliliyi də əkinə yararlı torpaqları sıradan çıxarır. Burda qeyd edim ki, dövlətimizin torpaqları əhaliyə uzun müddətli icarəyə verməsi böyük şansdır. İstifadə eləmək lazımdır, yoxsa ayılacayıq ki, ərəblər, ruslar alıblar oraları, biz də öz torpağımızda fəhləyik… heyvandarlığın qlobal perespektivləri

İstənilən istehsalata əsas tələb effektivlikdir. Heyvandarlıqda tələblər artacaq:

  • Xəstəliklərə qarşı dözümlü olmalı
  • Uzun müddətli istifadə və keyfiyyətli məhsul
  • İstifadəyə yararlılıq dövrünün tez və uzun olması 
  • Yemi effektiv həzm etməlidir.

Heyvan cinslərinin seçimi önəmli məsələ olacaq. Genetik və seleksionerlərin işi artacaq. Burda bir faktı da qeyd edim ki, Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu (xüsusən qoyun) heyvanların çox dadlı əti olur. Bu cinsləri düzgün seleksiya ilə artırıb, önəmli bazarları ələ keçirmək mümkündür. (Ərəb, Asiya, Türkiyə) Bunu da oturub dövlətdən gözləməklə yox, iş adamlarımızın işgüzarlığı ilə əldə eləmək mümkündür. İnşallah heyvandarlıq bu şəkildə perspektiv göstərdikcə, ən vacib regionumuz Qarabağ da geri qaytarıb əvəlki möhtəşəm heyvandarlıq və əkinçilik orda da inkişaf etdirərik.

Mənbə:

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!