Heyvandarlıqda geniş yayılan mövsümi invazion – helmintoz parazitar xəstəliyi

Sizlərə fermerləri narahat edən mövsümi xəstəliklərdən və önləyici tədbirlərindən bəhs edəcəyik. Havanın temperaturunun yüksəlməsi, heyvanların otlaq sahələrinə çıxarılması,  köçəri təsərrüfatların yaylaqlara köçməsi ilə əlaqədar heyvandarlıq təsərrüfatlarında mövsümi xarakterli xəstəliklər müşahidə edilməyə başlayır.

Əzizova Aygün Aydın qızı Baytarlıq Elmi-Tədqiqat İnstitutu - agroexpert.az

Baytarlıq Elmi-Tədqiqat İnstitutu Parazitologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əzizova Aygün Aydın qızı qeyd edir ki, belə mövsümi xarakterli xəstəliklərə kənd təsərrüfatı heyvanları arasında geniş yayılmış invazion – helmintoz və qan-parazitar xəstəliklərini aid etmək olar.  Mövzu geniş olduğundan  bugün ilk olaraq invazion – helmintoz haqqında ətraflı məlumatı qeyd edəcəyik.

Helmintozlar müxtəlif parazit qurdların – helmintlərin törətdiyi parazitar xəstəlik olub, kənd təsərrüfatı heyvanları və ev quşları arasında geniş yayılmışdır.

Azərbaycan respublikasının müxtəlif coğrafi bölgələrində kənd təsərrüfatı heyvanlarının və ev toyuqlarının helmintfaunasının öyrənilməsi nəticəsində 119 növ helmint təyin Helmintozların kənd təsərrüfatı heyvanlarında yayılmasında it və pişiklərin də rolu böyükdür. Belə ki, onlarda 82 növ helmint parazitlik edir ki, bunlardan 32 növü insan, 26 növü isə kənd təsərrüfatı heyvanlarında ümumilik təşkil edir. Heyvanlar helmintlərə əsasən, otlaqlarda yoluxurlar. Bataqlıqlar, gölməçə ətrafında otlaqlar və rütubətli çəmənliklər helmintlərin yumurta və sürfələrinin inkişafı üçün əlverişli təbii ocaqlardır. Belə əlverişli şəraitdə invazion yumurtalar və sürfələr yem və su vasitəsi ilə heyvan orqanizminə düşüb onları yoluxdurur. Son illərin tədqiqatların nəticələri göstərir ki,  təsərrüfatlara ciddi iqtisadi zərər vuran moniezioz, fassiolyoz, dikroselioz, paramfistomatoz xəstəlikləri yüksək intensivlik və ekstensivliklə müşahidə olunmaqdadır.

mövsümü xəstəlik parazitar xəstəlik agroexpert.az
Helmintozlara səbəb olan parazit qurdlar heyvanların orqan və toxumalarında lokalizasiya edərək parazit həyat sürür.
  • Heyvanda diri çəkinin və məhsuldarlığın azalmasına,
  • boy inkişafından qalma, balavermə və yunun keyfiyyətinin aşağı düşməsinə,
  • nəticədə immunitetin zəifləməsinə səbəb olurlar.  

Son zamanlarda xüsusi fermer təsərrüfatlarının yaranması ilə əlaqədar olaraq heyvandarlıqda xeyli dəyişikliklər baş vermiş, heyvanların örüşlərə çıxarılma rejimi dəyişilmiş, qoyunların sürülərdə sıxlığı xeyli azalmış, yaylaqlara çıxarılması məhdudlaşdırılmış, eləcə də əhalinin miqrasiyası, qeyri-qanuni ət-kəsim məntəqələrinin yaranması və s. bu kimi antropogen amillərin təsiri təbii ki, bir sıra epizootoloji əhəmiyyət kəsb edən helmintlərin yeni-yeni təbii və məhəlli ocaqlarının yaranmasına səbəb olmuşdur. Odur ki, ekoloji və antropogen amilləri, helmintlərin təbii və məhəlli (makro, mikro) ocaqlarını nəzərə almaqla helmintozların yayılmasına qarşı planlı surətdə, elmi cəhətdən əsaslandırılmış mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur.

Kənd təsərrüfatı heyvanlarında helmintozların yayılmasının qarşısını almaq üçün

Birinci növbədə önləyici profilaktik tədbirlərə əməl olunmalıdır. Önləyici profilaktika – helmintozların qarşısının alınmasında aparılan kompleks mübarizə tədbirləri olub, helmintlərin bioloji inkişaf mərhələlərini öyrənən biliklərə əsaslanmaqla, xəstəliklərin epizootoloji vəziyyətinin təhlilini aparır, onlara qarşı aparılacaq kompleks mübarizə tədbirlərini müəyyənləşdirir. Respublikanın müxtəlif ekoloji-coğrafi bölgələrində helmintozlarla yoluxma ilin mövsümindən asılı olaraq dəyişir. Belə ki, düzənlik ərazilərdə qışın sonu, yazın əvvəli, dağlıq və dağətəyi ərazilərdə yazın sonu, yayın əvvəllərində baş verdiyi üçün qış fəslinin son aylarından başlayaraq dehelmintizasiya tədbirləri aparılmalıdır. Köçəri təsərrüfatlarda heyvanların köçdən öncə dehelmintizasiyası tədbirlər planının əsas şərtlərindən biridir.

Heyvanların helmintlərin invazion sürfə və yumurtaları ilə yoluxmalarına qarşı rezistentliyinin yüksəldilməsi məqsədilə
mövsümi xəstəliklər parazitar xəstəlik agroexpert.az
  • onların fizioloji tələblərə cavab verən tam keyfiyyətli, A, C, B12 vitaminləri,
  • makro və mikro elementlərlə zəngin yemlərlə yemləndirilməsi,
  • onların sucaq sahələrdən, gölməçələrdən kənarda,
  • anthelmintik təsirə malik yovşan, dəvətikanı, çaşır və s. bitkilərdən ibarət otlaqlarda otarılması vacibdir. Eləcə də
  • mədəni otlaq sahələri yaradılmalı,
  • heyvanlar xəstəlik törədiciləri ilə yoluxma zəncirini qırmaq üçün növbəli otlaqlar  (2 aydan bir otlaqlar dəyişilməlidir) təşkil olunmalıdır.

Təsərrüfatdakı heyvanlar mütəmadi olaraq koproloji müayinədən keçirilməlidir. Xəstəlik aşkar edilərsə heyvan orqanizmində parazitlik edən helmintlərə qarşı mübarizədə kimyəvi preparatlardan istifadə etməklə dehelmintizasiya aparılmalıdır. Dehelmintizasiya tədbirləri kompleksində məcburi, profilaktik, preimaginal, imaginal və diaqnostik anthelmint tədbirlərin aparılması çox zəruridir. Bunun üçün heyvanlar yaşa görə qruplaşdırılıb, otlağa çıxarıldıqdan 25-30 gün sonra anthelmint preparatlarla dehelmintizasiya edilməlidir. Qurdlara qarşı dehelmintizasiya məqsədilə Ricofix, Avromec – Fac, Fasciol,Levozan, Brontel plyus, Albamelin və s. preparatları yüksək səmərə verir.

baytar.az agroexpert.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669