“Heyvandarlıqda innovativ yanaşma” mövzusunda konfrans keçirilib

Göygöl rayonu Heyvandarlıq Elmi Tətqiqat İnstitunda “Heyvandarlıqda innovativ yanaşma” mövzusunda konfrans keçirilib.

Agroexpert.az xəbər verir ki, konfransda müxtəlif bölgələrdən fermerlər, sahibkarlar, istehsalçılar və heyvandarlıq sahəsi üzrə mütəxəssislər iştirak edib.

Heyvandarlıq Elmi Tədqiqat İnstitunun direktoru Mahir Hacıyev bildirib ki, dəyirmi masa ətrafinda keçirilən müzakirələrin əsas məqsədi:

yem bazasının təşkili, heyvandarlıq sahəsində olan mövcud problemlerin aşkarlanması və onların həlli istiqamətində alimlərlə birgə fermerlərin heyvandarlığın inkişlafı naminə işlərin aparılmasıdır.

 Disskusiya formasında keçirilən tədbirdə fermerləri narahat edən mövcud problemlər, yem bazasının təşkili, rasionların tərtibat qaydaları, heyvanların yoluxduğu xəstəliklər, xüsusən də pasterioz xəstəliyindən, onun fəsadlarından, müalicəsindən danışılıb.

Bundan əlavə bir sıra fermerlər ölkədə keyfiyyətli yem çatışmazlığından, dovşan üçün ölkədə yemin istehsal olunmamasından danışıblar.

Disskusiya zamanı toğlu üçün yemin keyfiyyətsizliyi xüsusi olaraq vurğulanıb. Fermerlər zootexniklərin birbaşa onlarla işləmələrinin daha məqsədəuyğun olduğunu deyiblər.

Yem istehsalçıları da öz növbəsində fermerlərin bütün şikayətləri və istəkləri onlara şəxsən bildirmələrini tövsiyyə ediblər. Fermerlər qeyri-ənənəvi yemləmə üsulu olan xlorella, yosun bitkilərinin də ölkədə tətbiq olunmasını istədiklərini bildiriblər. Mahir Hacıyev institutda xlorella laboratoriyasının açılması üçün işlər apardıqlarını deyib. O həmçinin qeyd edib ki, institutun laboratoriyasının qapıları yemini yoxlatmaq istəyən fermerlər üçün həmişə açıqdır.

Mahir Hacıyev bildirdi ki, bu cür tədbirlər davamlı olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!