Heyvanlar ümumi maraqli

Heyvanlarda qan qrupu varmı?

Hər bir canlının yaşama səbəbi olan qan onun xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar.

Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.

İnsan orqanizmində 4 qan qrupu var. Bunlar 0(1 qrup) , A(2ci qrup) , B(3 cü qrup) , AB(4cü qrup) ilə işarə olunur1ci qan qrupunun işarəsinin 0 olmasına səbəb həmin qan qrupuna aid insanların qanın da aqqlütönogenlər yoxdur. Qan qrupları arasında ən çox yayılan qan qrupu 1,ən az olan isə 4 cü qrupdur.Qan qrupu ilə yanaşı RH(Rhesus)rezus faktorunu da  qeyd etmək lazımdır. Dünya əhalisinin 85%də +RH,15% ində isə – rezus fatoru var.heyvanlarda qan qrupu. maraqlı və qəribə məlumatlar

Bəs heyvanlarda necə, onların da qan qrupları var?

İnsanların çoxu heyvanlarda qan qrupunun olduğunu öyrənəndə təəccüblənirlər. Amma bu reallıqdır. Ən  əsası bilmək lazımdır ki,qan köçürmələr ilk dəfə heyvanlar üzərində tətbiq olunub. Bu rosesdə əsas rolu itlər daşıyır ki, onlar qan köçürmələrinə insanlardan fərqli reaksiya verirlər. Qan köçürmələrinə ilk dəfə olaraq XVII əsrlərdə başlandı və adətən ölümlə nəticələndi. Belə ki,insanlarda yanlış qan köçürmə zamanı ölümcül reaksiyalar olsa da, itlərdə bu cür ani reaksiyalara təsadüf olunmur. Onlar buna daha gec müddətdə(4-14 gün) cavab verirlər.

İnsanlardan başqa digər canlılarda da qan qrupları vardır. Heyvanlarda qan qrupunun sayı və faktorları (insandakı rezus faktor kimi) olduqca müxtəlif saydadır. Belə ki, atlarda 8, qoyunlarda 6, toyuqlarda 7, pişiklərdə 3, itlərdə isə 13 qan qrupu vardır. İnsanlardakı A, B, AB, O qan qruplarına başqa canlılarda da rast gəlinir. Belə ki, meymunlarda, gorillalarda və gəmiricilərin qanları da ABO sistemi ilə qruplandırılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!