İribuynuzlu heyvanlar

İribuynuzlu: aylara görə yem və çəki cədvəli

Buzovları sağlam və möhkəm böyütmək üçün düzgün yemləmək şərtdir. Xüsusi ilə bu işin biznesi ilə məşğul olanlar üçün heyvanları düzgün yemləmə, çəki artımı önəmlidir. Belə bir fikir formalaşıb ki, ev şəraitində heyvanlar lazımi çəkini yığa bilmir.

İribuynuzlu heyvanlara aylara görə yem vermək lazımdır. Aşağıdakı cədvəldə buzovların 2-14 aylıq dönəmdə nə qədər yem yediyi göstərilib.

Buzovların aylıq yem payı

Yaşı  Ot
(kq)
Saman
(kq)
Kökümeyvəli
(kq)
Silos
(kq)
2 aylıq 1,0
3 aylıq 1,5
4-5 aylıq 3,0 1,0 1,0
6 aylıq 4,0 3,0 3,0
7-10 aylıq 4,5 0,8 5,0 4,0
11-14 aylıq 6,0 2,5 8,0 6,0

Buzovların aylıq yem payı və çəkisi

1 ay

Buzovlar doğulanda 30-40 kq olur. İlk ay çox önəmlidir. Heyvan tez böyüyür, infeksiyalara həssasdır, hələ təzə-təzə ətraf mühitə alışır. Həzm sistemi pisdir, yalnız 21-35 gündən sonra formalaşacaq, ona görə ilk ay yalnız süd və ya süd məhsulu ilə qidalanmalıdırlar. Bu məhsullar öz anasından olmalıdır, buzov böyüməsi üçün lazım olan fermentləri anasından alacaq. Qarnı getməsin və tez böyüsün deyə südə vitaminlər əlavə etmək olar.

2 ay

2 ayında buzov artıq 60-80 kq olmalıdır. Artıq yemə ot, buğda yarması, kartof, ayran, yulaf kiseli verilə bilər. Buzovların sağlamlığı üçün D, E, A vitaminləri lazımdır. Bunlar yulaf kiselində olur. Buzovları tez-tez və az yemləmək lazımdır ki, çəki yığsın. Gün ərzində 550-600 qram yem və 1 kq saman verilir.

3 ay

3 aylığında buzovlar 100 kq olur, ona görə zülal ehtiyacı artır. İnəklərdən fərqli olaraq, öküz yemi seçmir, qabağında nə var hamısını yeyir. Südü rasiondan çıxarın ki, heyvanın həzm sistemi quru yemə uyğunlaşsın.

4-6 ay

4 ayından başlayaraq 6 ayına kimi yem payı günlük 1 kq-dan 2 kq-a kimi artırılır. Yay dövrüdürsə, heyvanı 2-3 saat çölə buraxın ki, günəşdə qızınsın. Bunu səhər edin (günəş yandırmasın deyə), olmasa gündüz kölgəyə buraxın. Buzovlar günəşi sevir, əksər yaradılmışlar kimi. Qış dövründə də buzovlar çölə buraxılmalıdır amma qısa və “naves” altında olmaq şərti ilə. Otu əvvəlcə quru verin, sonra təzə ota keçə bilərsiniz. Bu orqanizmi stresə salmamaq üçündür. Hərşeyi tədrici edin və 6 ayında südü kəsin.

6-12 ay

7 ayından etibarən yemləmə gündə 3 dəfə konsentrat, kombikorm və quru ot yemi verilməklə aparılır. Bu aydan heyvanlar intensiv böyüməyə başlayır. 6-7 ayında heyvan 150-190 kq olur. 1 yaşa kimi boya, sonra enə böyüməyə başlayır.  8-12 ayında öküz böyüdükcə yemi və vitaminləri artırılır. Düzgün yemləmə zamanı dana 1 yaşında 400 kq olmalıdır.

Ətlik danaların yemlənməsiBuzovların aylıq yem payı

Danaların ətlik istiqamətdə saxlanması üçün bir neçə üsul var ki, bu zaman çəki 400-500 kq arası dəyişir.

Qısa: 1,5 il ərzində intensiv yemləmə və düzgün qulluq zamanı dananın çəkisi 400 kq və daha çox olur.

Davamlı: əvvəlkindən daha sürətli metoddur. 7-8 ay ərzində yaxşı yemlənən dana 500 kq olur. Əti zərif və yağlı olur.

Orta: yuxarıdakı iki metodun ortasıdır. Bu zaman heyvan nə çox yemlənir, nə də ac buraxılır. 6-7 ay ərzində gözlənilən çəki 400-450 kq-dır.

Çoxları elə bilir ki, öküzü axtalayan zaman o tez böyüyür. Bu yanlış fikirdir, əksinə böyümə yavaşıyır, amma dananın əti yağlı olur.

Danaları 15-18 ayında kəsimə göndərirlər. Hesab edilir ki, heyvanı bu aralıqda kəsmək ən sərfəli variantdır. Bu zaman heyvanın təmiz çəkisi 400-600 kq arasında olur. Ətinin dadı isə tamamilə onun saxlanma şəraiti və yemlənməsindən asılıdır.

Buzovların saxlanması üçün bu məqaləyə də baxa bilərsiniz. 

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!