Hidroponik əkinçiliklə hansı növ bitkilər yetişdirə bilərik və onlar təbidirmi?

Hidroponik üsulla asanlıqla yetişdirə biləcəyiniz bəzi meyvə və tərəvəzlər isə bunlardır:

Pomidor, kartof, yaşıl soğan, kök, badımcan, xiyar, balqabaq, noxud, lobya, ispanaq, acı-şirin bibər, dolmalıq bibər, kahı, cəfəri, gül kələmi kimi bitkilər, qarğıdalı, buğda, şəkər çuğunduru, çay və pambıq kimi sənaye bitkiləri, qarpız, yemiş, çiyələk kimi meyvələr.

Bundan əlavə bağçanızda hər növ şəfalı otlar, güllər və digər ev bitkiləri yetişdirə bilərsiniz.

Odun kökləri olan bitkilər çox illik olduqları və daha çox yerə ehtiyac duyduqları üçün bu əkinçilik növü ilə yetişdirilməyə əlverişli deyillər.

Hidroponik sistemində yetişdirilən bitkilər

 Hidroponik əkinçiliyin təbii olması

Bəli, siz bundan tamamilə əmin ola bilərsiniz ki, hidroponik əkinçilik ilə yetişdirilən bitkilər orqanikdir. Əkinçiliyin bu növü torpaqda bitki yetişdirməkdən fərqi olsa da, hər ikisinin ortaq cəhətləri də var. Burada bitkilərin və meyvələrin inkişafı 100% onlara veriləcək qida maddələrindən aslıdır. İstifadə edilən toxum və qida təbidirsə, məhsul da orqanik olacaq. Satışda təbii üzvi maddələrdən hazırlanmış bir çox qida növü var və elm irəlilədikcə daha çox təbii üzvi alternativlər satılır.

Hidroponik əkinçiliyin torpaqdakı əkinçilikdən fərqi adlı məqaləmizə keçid edib, bu əkinçiliyin fərqini və faydalarını oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!