Hidroponik əkinçiliyin torpaqdakı əkinçilikdən fərqi

Hidroponik sistemlərdə yetişdirilən bitkilər optimal səviyyədə bəsləyiciyə və nəmə sahibdirlər. Buna görə də onlar daha sürətli böyüyürlər və daha sağlam olurlar. Torpağın olmaması demək, torpaqdan gələn və zərərli həşəratlar və xəstəliklər, ziyanverici otların olmaması deməkdir. Başqa bir üstünlüyü də kök sistemlərinin hidroponik olaraq yetişdirilən bitkilərdə daha az olmasıdır və bu bitkinin böyümə enerjisinin köklərdə yox, gövdə hissədə daha yaxşı və sürətli inkişafına səbəb olur.

Üstəlik, bu bitkilərin kökləri heç vaxt qarışmadığı üçün qabların dəyişdirilməsinə ehtiyac yoxdur. Hidroponik əkilmiş məhsula gübrə verməyə və həşaratlar üçün dərman vurmağa ehtiyac yoxdur. Bu sistemlə yetişdirilən məhsullar torpaqda yetişənlərə nisbətən daha uzun müddətli var olduqları üçün daha çox məhsul verirlər. Bu yolla bitkini yetişdirmək asantdır və sağlam bitkilər yetişdirmə baxımından daha çox məqsədəuyğundur.

hidroponika ekincilik

Hidroponikanın saysız faydaları

  • Bitkilər torpaqda olduğundan 50% daha sürətli böyüyürlər, çünki qida və suyu daha asant əldə edirlər.
  • Qapalı yerdə il boyu günəş işığı olmadan və ya süni işıqlandırma yolu ilə məhsulun becərilməsi mümkündür.
  • Qidalar birbaşa bitkilərin əldə edəcəyi şəkildə olur və yetişdirilən mühitə aid deyillər.
  • Çox az həşaratəleyhinə dərmanlar istifadə olunur və ya istifadə edilmir. Bitkilər xəstəlikdən uzaq bir mühitdə böyüməyə başlayır.
  • Daha kiçik qablar istifadə edilə bilər, köklər qarışıq olmadan böyüyür.
  • Bağçılıq mümkün olmayan yerlərdə, məsələn, torpağın zəif olduğu yerlərdə, qayalı zonalarda, hətta balkonlarda da becərmək mümkündür.
  • Süni işıqla, istifadə etmədiyiniz bir otaqda və ya qarajda belə bir bağ yaratmaq mümkündür.
  • Torpaqda olan əkinçiliklə nisbətdə daha az əmək tələb edir, çünki qazmağa və yabani otları təmizləməyə ehtiyac yoxdur.
  • Ümumiyyətlə, böyümə şəraitinin daha çox idarə edilməsi bitkilər üçün mümkün olan ən yaxşı mühiti asanlaşdırır və daha keyfiyyətli məhsullar və kənd təsərrüfatı gəlirlərinə gətirib çıxarır.
  • Hidroponik metodlarla yetişən sürətli inkişaf edən sağlam bitkilər zərərvericilərə və xəstəliklərə daha çox davamlıdır.
  • Həmçinin hidroponik meyvələr və tərəvəzlərin dadlarındakı və görünüşlərindəki fərqi də rahatlıqla görmək mümkündür.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Hidroponik əkinçiliyin torpaqdakı əkinçilikdən fərqi

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673