Hidroponika sisteminin qurulma prosesi

Bundan əvvəlki məqaləmizdə sizə nələrin lazım ola biləcəyini yazmışdıq. Bu məqalədə isə sizinlə Hidroponika sisteminin qurulma prosesini paylaşacıq.

Ilk öncə nə etmək lazımdır? Bu sistem necə qurulur?

agroexpert_hidroponikasuhovuzu

Hidroponika sistemimizi qurmağa başlayaq. İlk öncə bağlı su havuzunun üst hissəsinə bir ədəd balaca dairə, 6 ədəd isə dibçəklərin ölçülərində olan 7 dənə dairə çəkməklə işə başlayaq. Dairələrin arasındakı məsafənin eyni olması da önəmlidir. Dairələri yəni, dibçək yuvalarını 2×3 ölçüsündə qoya bilərsiniz. Bu arada dairə dar olsa, dibçək tam olaraq yuvasına girməyəcəkdir. Dairə geniş olduğunda isə dibçək yuvasında durmadan aşağıya düşəcəkdir.Buna görə də, dairələri dibçəklərinizin ölçülərində çəkip kəsməniz həqiqətən çox önəmlidir. Dairələri çəkdikdən sonra yumru drel uclu bir drel köməyi ilə deşə bilərsiniz və ya bir bıçaqla bu dairələri kəsə bilərsiniz.

Digərlərinə görə daha kiçik olaraq çəkib kəsdiyimiz dairə şəklindəki ağzı isə su və maye  bitki qidalarını qoymaq üçün istifadə edəcik. Hidroponika sistemini işləməyə başladıqdan sonra bu ağız daima qapalı olmalıdır. Ağzı uygun bir bağlayıcı ilə bağlaya bilərsiniz. Əks halda  işıq girməsinə səbəb ola bilərsiniz. İşıq su içində yosun yaranmasına səbəb olacaqdır.  Bu da istənməyən bir haldır.

Növbəti mərhələ
agroexpert_hidroponikasuhovuzu1

Dibçək yuvaları hazırlandıqdan sonra qidalı su hovuzunun qapağını qaldırıb su pompasını sabitləməlisiniz. Pompanın su içində hovuzun döşəməsində sabit qalması əsas şərtlərdən biridir. Hərəkət etməsi halında hava alaraq motorun yanmasına səbəb ola bilərisiniz.

Pompanı sabitlədikdən sonra qapağın tam altında 3 ədəd fəqli ölçülərdə deşik deşməyiniz lazım olacaq. Bu deşiklərdən birincisindən pompadan çıxan qara nazik xortum, ikincisindən su pompasının elektrik məftilləri, üçüncüsündən isə hava pompasının xortumu keçəcəkdir.

Hava pompası hovuzun döşəməsinə qədər girməlidir. Hava pompası qidalı su içinə bitki köklərinin ehtiyac duyacağı havanı pompalayacaqdır. Bitki köklərinin hava alması vacibdir.

Su pompasından çıxan qara incə xortumu paylayıcının təkli girişinə taxmaq lazımdır. Daha sonra paylayıcının 6 ədəd çıxışının hər birinə bir ədəd incə qara xortumdan taxın. Çıxışlara taxdığınız xortumların uzunluqları, dibçək yuvaları ilə eyni sıraya gələcək  şəkildə olmalıdır. Çıxışlarda istifadə edəcəyimiz bu xortumlar dibçəklərə damlama üsulu ilə su verəcək.

agroexpert_hidroponikasistemqurulma.jpg

Demək olar ki, hidroponika sistemimizin bitməsinə az qalıb. Dibçəkləri yuvalarına qoyun. Yetişdirmək isədiyiniz bitki şitillərinin köklərini torpağından su köməyi ilə ayırın.

Daha sonra bu şitlləri dipçəklərin içinə yerləşdirib ətrafına aldığınız Hidroton, vermikülit, rocwool ya da perlit kimi vasitələrlə doldurun. Ancaq biz ucuz olduğu üçün Hidroton olmasını tövsiyyə edirik.

Su qoyarkən ağzından köklərinə çatmayacaq bir səviyyədə, mümkünsə içmə suyu qoyun. Suyun ph səviyyəsin 6.0 olması lazımdır. Suda asidlik olsa bitki kökləri zərər görəcəyindən yetişməyəcək ya da çox yavaş yetişəcəkdir. Suyun ph səviyyəsini kontrol etmək üçün bir ədəd ph ölçən ala bilərsiniz. Ancaq bu cihazlar biraz bahalıdır. Lakin PH ölçən cihaz ilə günlük olaraq suyun ph dəyərini ölçərək suya gübrə ya da su əlavə edə bilərsiniz.

Son mərhələ

agroexpert_hidroponiksistem

İndi gələk maye gübrə mövzusuna. Burası həqiqətən də diqqət edilməsi lazım olan əsas hissədir. Hovuz içindəki suyun miqdarına görə maye gübrə qoyulur. Bu məhsulla birlikdə verilən ölçüyə əsasən 1 litr suya 2 ml maye gübrə qoymağınız yetərlidir.

Daha çox qoysanız suyun ph dəyəri çox sürətlə deyişəcəkdir. Məsələn 5 litr həcimli bir qaba 4 litr su qoyduğunuzda 8 ml maye gübrə qoymağınız yetərlidir. Hər əlavə etdiyiniz 1 litr suya 2 ml maye gübrə qoymağınız yetərli olacaqdır.

Digər hidroponika məqalələri haqqında buradan məlumat əldə edə bilərsiniz.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика