Hinduşka biznesinə necə başlamalı?!

agroexpert_hinduska_biznesine_nece_baslayaqAqrosektorda müxtəlif biznes ideyalardan məqalələr yazırıq. Hər zaman da qeyd edirik ki, ənənəvi istehlak məhsulları daha yaxşıdır. Yəni bazarda tələb nəyə daha çoxdursa və o sahədə rəqabət güclü deyilsə mütləq məşğul olmaq lazımdır.  Onlardan biri də hinduşka biznesi ideyasıdır.

Məsələn mən özüm ördək biznesinin həvəskarıyam, amma ördəyi realizasiya eləmək biraz müşküldür. Bu məqalədə hinduşka biznesi konkret rəqəmlərlə təsvir ediləcək. Rəqəmlər bu işlə məşğul olanların dilindən götürülüb.

Lazım olanlar

Ferma üçün torpaq sahəsi 3-5 “sot”, hin, hind quşu cücələri almaq üçün vəsait 200-500 Azn. Burda mən kiçik sürü saxlanmasını hesablayacam. İlk başda az sayla başlamaq lazımdır. Çünki hind quşları xəstəliklərə bir az dözümsüz heyvanlardır.

Necə başlamalı

Cücələri aprel, may aylarında əldə etməliyik. Bunun üçün tanış inkubatorlara müraciət edə bilərsiniz. Məqalə sonunda inkubator işlədən bir tanışın əlaqə nömrəsini qoyacam. Ondakı hinduşka (həmçinin linda qazı, brama) cinsləri xüsusi sortdur deyə tövsiyyə edirəm.

Ya da hinduşka yumurtası alıb inkubatora verməklə də cücə əldə edə bilərsiniz. Bunun üçün artıq mart ayından qolları çirmələməlisiniz. Bunlar hamısı başda mayanı minimal tutmaq üçündür. Cücələr hazır olana kimi onların yerini və yemini mütləq hazır edin. Məsələn cücələrə 100 manat xərcləmisinizsə, 150-200 manat da yeminə verin.

Hinduşka cücələrinin yemlənməsi üçün ayrı məqalə hazırlayacam. Ən tənbəl üsulu ilk aylarda, bir də 2 aylıq üçün xüsusi yemlərdən alıb verə bilərsiniz. İlk 10 gün çox önəmlidir. Gün ərzində 5-10 dəfə yemləyin. Bir də peyvənd barədə baytarla məsləhətləşin. Bir az böyüdükdən və havalar da qızdıqdan sonra 2 aylıq cücələri gəzintiyə buraxın. Heyvan üçün hava, günəş və torpaqdan faydalı heçnə yoxdur. Ot yeyən quşlar həm sağlam olur həm də dözümlü. Yem olaraq əzilmiş sarımsaqlı (soğanlı) qatıq yada şor da verin bəzən. (mütləq)

Satış

Hinduşkaya yeni il və novruzda tələbat çox olur. Sizin saxladığınız cücələr də ancaq 5-6 aya yaxşı çəkiyə (3-8 kq) gələcək. Noyabr ayından satışa başlasanız, hinduşka əti 8-12 Azn-dən müştəri tapacaq. Kafe, restoranlar və əhali hind quşu alıb menyularında məmnuniyyətlə istifadə edir. Hətta bir dostumun anası hinduşkadan çox gözəl qovurma da düzəldir. Beləcə noyabrdan marta kimi heyvanların satışı mümkündür.

Qazanc

Deyək ki, 100 cücə aldınız və işə başladınız. Cücələrin alım qiyməti+yem xərcləri və digər xərclər. 5-6 aydan sonra hinduşkaları ən azı 35-50 Azn-dən satışa çıxarsanız (əgər cins hinduşkadırsa 100 Azn) bir hinduşkadan əldə edəcəyiniz xalis gəlir 20-25 Azn olmalıdır. 100 cücədən ölənləri də nəzərə almaqla, 6 ayda 2000 Azn qazanc deməkdir.

Hinduşka biznesi ilk il bu şəkildə başlamağı tövsiyyə edilir. Sonrakı il üçün damazlıq bir-neçə quş saxlayıb işi daha da böyüdə bilərsiniz. Yem xərclərini azaldıb, sürün 500-1000 sayda saxlayıb bir də yaxşı sortla məşğul olsanız il ərzində 15-20 min qazanc əldə eləmək mümkündür. Daha çox qazanmaq üçün hinduşkadan kolbasa istehsal etməyə də çalışa bilərsiniz.

 

Tural Nağıyev, Ramil Nifaliyev

İnkubator ilə əlaqə: 070 8640451  Rüfət (Qurddərəsi, Saray)

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669