Hinduşka ətinin bilinməyən faydaları

Hinduşka əti sizi xoşbəxt edən qidalar sırasına aiddir. Çünki, hinduşka ətində mövcud olan triptofan maddəsi xoşbəxtlik hormonu olan serotoninə çevrilir.

Hinduşqa ətinin faydaları… Hinduşka əti insan sağlamlığı üçün əhəmiyyətli və faydalıdır. Xolesterol və kalori dəyəri aşağı, protein dəyəri isə kifayət qədərdir. Ləzzət baxımından qırmızı ətə yaxındır. Uşaqların sağlam inkişafı üçün yaxşı bir protein qaynağıdır. Xəstələrin və idmançıların pəhrizlərində etibarlı şəkildə istifadə edə biləcəkləri yaxşı qida məhsuludur. Qeyd ədək ki, hinduşka əti qədər yumurtası da faydalıdır.

Hinduşka ətinin faydaları nələrdir ?

  • Hinduşka əti güclü antioksidant hesab edilir. Qocalma əlamətlərinin gecikməsini dəstəkləyir.
  • İmmuniteti gücləndirir. B6 vitamininə sahibdir.
  • B9, B12 vitaminləri ilə zəngindir.
  • Xərçəng xəstəliyinin meydana gəlməsinə maneə yaradır.
  • Ürək-damar xəstəliklərinə qarşı qoruyucudur.
  • Tərkibindəki B3 vitamini sayəsində enerjiverici özəlliyə sahibdir. Həmçinin zehini gücləndirir.
  • Dəmir mineralı ilə zəngindir.
  • Hüceyrələrin inkişafına dəstək olduğundan anemiyanın yaranmasına mane olur.
  • Bu sağlam qida qaynağında maqnezium, kalsiumsink mineralları mövcuddur.
  • Tərkibindəki fosfor da çox əhəmiyyətlidir. Sümüklər və dişlər üçün çox faydalıdır.

Demək olar ki, bütün dünyada zəif yağ, zəngin protein, vitamin və mineral dəyəri baxımından sağlam qida kimi məşhurdur.  

Bəs bu məşhur qidadakı kalori dəyəri nə qədərdi? agroexpertaz_hinduska etinin faydalari

Ləzzətli ətə sahib olan hinduşka ətinin kalori dəyəri onun bişməsindən, hissələrindən asılıdır. Bişmiş hinduşka filesinin 100qr-ı 136 kalori, yüksək vitaminə sahib olan dərili hissəsinin 100qr-da isə 189 kalori var. Xolesterol nisbəti baxımından arıqlamaq istəyənlər üçün pəhrizdə mükəmməl bir seçimdir.

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669