Reseptlər Tövsiyyələr

Hinduşka ətinin bişirilmə qaydaları..Faydalı məsləhətlər..

Xolestrol və kalori baxımından olduqca aşağı olan hinduşka əti sağlamlıq baxımından da olduqca faydalıdır. Yağı az və əti yumşaq olan hinduşka əti, süfrələrin əvəzolunmaz üstünlüyü kimi B1 və B2 vitaminləri baxımından, ürək damar xəstəliklərinin qarşısını alınmasında fayda verir. Agroexpert.az hinduşka ətinin bişirilməsinə dair tövsiyyələri oxucularla bölüşür..

Adətən yeni il süfrələrinin ənənəvi yeməyi sayılan hinduşka ətindən dolma, qızartma, bozartma kimi fərqli bişirmə üsullarında yeməklər hazırlanır. Yeni ilə sayılı günlər qala yeni il menyusu üçün “Hinduşka ətini necə daha yumşaq bişirə bilərəm? Hinduşkanın nar kimi qızarması üçün nə etməliyəm?” sualları sizi narahat etməsin. Verdiyimiz tövsiyyələrə əməl edərək daha yumşaq və ləzzətli hinduşka yeməyi hazırlaya bilərsiniz

hinduska eti
  • Hinduşka ətini bişirməyə başlamazdan əvvəl ləzzətli olması üçün zeytun yağı, sirkə və ya limon suyu, duz, istiot və bəzi ədviyyatlarla marinə edin.
  • Hinduşka ətini iti bir bıçaqla qarın hissəsindən kəsərək içərisinə dad qatmaq üçün biberiye (rozmarin), dəfnə yarpağı yerləşdirin. Sobaya qoymazdan əvvəl sobaya yerkökü, soğan, sarımsaq və kərəviz kökü qoysanız hinduşka ətinə ayrı bir ləzzət qatmış olarsınız.
  • Hinduşkanın üstünün yaxşı qızarması və xüsusi olaraq dadlanması üçün dərisini heç vaxt qaldırmayın və bişməsinə təxminən 15 dəqiqə qalmış 4 xörək qaşığı balı fırça köməyilə hinduşkanın üstünə yaxın.
  • Hinduşkanın ətinin keyfiyyətli olması üçün bişirəcəyiniz qabın ətrafında təxminən 7 sm boşluq olmasına diqqət edin.
  • 160 dərəcə temperaturda uzun müddət bişirdiyiniz hinduşkanı təxminən 5 kq ağırlıqdadırsa 3 saat , təxminən 5 kq çəkidədirsə 4 saat , təxminən 13 kq ağırlıqdadırsa da 5 saat bişirməyi tövsiyyə edirik.
Hinduşka necə təmizlənir?

Bütöv və ya tikələrə bölünmüş hinduşkanı qanı çıxana qədər bol suda yuyun və süzün. Süzgəcdən suyunu süzdükdən qalan suyu kağız dəsmal ilə qurulayın. Çünki hinduşkanı sulu saxlasanız marinə sousu üzərində dayanmayacaq. Bundan başqa, hinuşkanın dərisinə yeməyə üstünlük verməsiniz təmizləyərkən dərisini atmayın. Çünki dəri, bişdikdə hinduşka suyuna ləzzət verir və ətin qurumasının qarşısını alır.

Hinduşka əti insan sağlamlığı üçün əhəmiyyətli və faydalıdır. Hinduşka ətinin faydaları haqqında bu məqaləmizdən oxuya bilərsiniz..Bu faydalı hinduşka ətindən dadlı çöp kababı bişirib süfrəyə verə bilərsiniz..Resepti bu məqalədə..

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: