Hinduşka yumurtasının faydaları
Hinduşka yumurtası-içində insan orqanizminin ehtiyac duyduğu əsas maddələr olan qida növüdür.
Hinduşka yumurtası toyuq yumurtasından 1.5 dəfə böyükdür. Ağ, sarı, çilli və çox parlaq olmayan oval şəkilli yumurtalar 60-75 qr. ağırlığında olur. Üstü ləkəli, mat qabıqlı yumurtaların rəng fərqi hinduşkanın növündən və yaşadığı ərazinin xüsusiyyətlərindən asılıdır. Digər ev quşlarının yumurtalarından keyfiyyət göstəricilərinə, tərkibindəki vitaminlərə görə xüsusilə fərqlənir.
Hinduşka yumurtasının içində hansı vitaminlər var ?
A, D, E, B9, B12 vitaminləri ilə çox zəngindir. Həmçinin tərkibi dəmir, selenyum, fosfor, sink, kalsium mineralları ilə boldur.
Bir ədəd hinduşka yumurtasının tərkibində:
10qr. protein, 110mq kalium, 120mq natrium, 9% A vitamini, 8% kalsium, 18% dəmir mineralı var.
Hinduşka yumurtasının faydaları nələrdir?
- Yeniyetməlik dövründə uşağın ehtiyac duyduğu proteinin önəmli hissəsini qarşılaya bilir
- İçərisindəki yüksək zülal və vitaminlər sayəsində uzunmüddəli toxluq hissi verir
- Zəngin tərkibi sayəsində günə gümrah başlama enirjisi verir.
- Yumurtanın ağ hissəsi qan şəkərini tənzimləməkdə və diabetə qarşı mübarizədə təsirli rola sahibdir
- Tərkibindəki A vitamini sümüklərin inkişafı, sağlam gözlər və dişlər üçün önəmlidir
- Dəmir mineralı olan bu qida növü anemiyaya (qanazlığı) qarşı maddələr mübadiləsini dəstəkləyi
- Ürək-damar xəstəliklərindən qorunmaq üçün faydalıdır
- Həzm və immun sistemlərinin qorunmasında mühüm rol oynayır.
Hinduşka yumurtasından hazırlanan yeməklər…
Hinduşka yumurtasından hazırlanan yeməklər toyuq yumurtası ilə eynilik təşkil edir. Belə ki, səhər yeməyində, salatlarda, həmçinin xəmir hazırlayarkən, şirniyyatlarda rahatlıqla istifadə etmək olar.