Holşteyn inək cinsi

Holşteyn inək cinsi haqqında

Holşteyn inək cinsi

Südlük istiqamətli heyvanlar arasında holşteyn inək cinsi çox məşhurlaşmağa başlayıb. Yüksək süd verimi ilə yanaşı, çox yaxşı çəkiyə də malik olmaqları əsas üstünlükləridir. Bu cinsin öküzləri yaxşı yemləndiyi zaman 1 tona yaxın çəki verə bilir, bu isə ət istehsalçıları üçün gözəl variantdır. Holşteyn inək cinsi 19-cu əsrdə Şimali Amerikada seleksiya yolu ilə əldə edilmişdi. Əvvəlki adı Holşteyn frizdir. 

Əsas özəllikləri

  • Düyələr: 600-700 kq
  • Öküzlər: 900 kq
  • Süd verimi: ildə 7-9 ton
  • Südün yağlılığı: 3-3,8%

Öküzləri xüsusi yemlə 1200 kq çəki verə bilir. 1983-cü ildə isə holşteyndən 305 günlük laktasiya dönəmində 25 min kq süd əldə edilmişdir. Yaxşı yemləndiyi zaman gündə  800-1200 qram çəki artıra bilir. Buzovlar 14-16 həftə ərzində 120-180 kq-a çatır və kəsimə göndərilir.
Bu rəqəmlər mübahisə yarada bilər, amma xaricdə xüsusi yemləmə ilə bu heyvanlar çox böyük çəki verir. Bala doğulanda 45 kq olur, 6 aya kimi südlə bəsləyirlər. Xüsusi yem rasiyonu ilə 12 ayda 500 kq ola bilir. 16 ayda isə 700 kq-a kimi çəki verə bilir. Bu çəkidə heyvan kəsimə göndərilir və təqribən 400 kq ət verir ki, bu da 60%-ə yaxın çıxım deməkdir.

Əsas üstünlükləri

  • Yüksək süd verimi
  • İqlimə rahat adaptasiyası
  • Xəstəliyə qarşı dözümlüdür
  • Saq qan bala verməsi

Xaricdə fermerlər Holşteyn inək cinsi haqqında müsbət rəydədirlər. Yaxşı yem bazası və otlaq varsa, bu heyvanlardan il boyu yüksək süd verimi almaq olar. Həmçinin bu cins sürünün keyfiyyətini artırmaq məqsədiylə mayalandırma zamanı geniş istifadə edilir. Amma bizdəki fermerlərdən çox azı holşteyndən deyilən yüksək süd miqdarını əldə edə bilir. 

Heyvan cinsləri haqqında digər məqalələr üçün oxuyun…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика