Humus nədir?!

Humus nədir-? Humus, torpaqdakı mikroorqanizmlər tərəfindən bitki və heyvan qalıqlarının parçalanması nəticəsində yaranmış maddədir.

Torpağın fiziki və kimyəvi xüsusiyyətlərində gildən daha təsirlidir. Bitki qida maddələrindən azot və fosfor üzvi maddələrin parçalanması ilə sərbəst buraxılır. Mikroorqanizmlər təbii qalıqları parçalayıb onu humusa çevirə bilməsəydi,  Yer kürəsinin üzəri bu qalıqlarla dolu olacaqdı.  Humus qəhvəyi və ya qara olur. Bu, torpağa tünd rəng  çaları verir. Torpaqda 0,5% -12% arasında humus tapıla bilər. Lakin ortalaması 5%-dir. Humusu çox olan torpaqlara qəhvəyi meşə  torpaqlarıdır. Həddindən artıq çox olan torpaqlara isə qara torpaqlar deyilir. O gil, qum və siltlə birlikdə ən kiçik torpaq parçacıqların olan aqreqatların formalaşmasında iştirak edir.

Humus necə əmələ gəlir:

Humus nədir

  1. Birinci prosesdə mürəkkəb üzvi birləşmələr axıra qədər parçalanır. Bu proses üzvi maddələrin minerallaşması adlanır.
  2. İkinci proses humusəmələgəlmə prosesidir. Humusəmələgəlmə prosesi çox mürəkkəb bir prosesdir. Humusun əmələgəlmə mənbəyini bitkilərin məhv olan kök və budaqları, tökülən yarpaqları (meşədə) torpaqda yaşayan və tələf olan müxtəlif heyvan və mikroorqanizmlər təşkil edir.

Üzvi qalıqların torpaqda parçalanmasının bir hissəsini atmosfer amilləri təşkil edir. Digər bir hissəsini isə torpaqda yaşayan soxulcanların, həşərat və yereşən qurdların fəaliyyəti təşkil edir. Lakin üzvi maddələrin parçalanaraq torpaq humusuna çevrilməsində əsas amil olaraq mikroorqanizmlər, bakteriyalar və göbələklərin fəaliyyəti hesab olunur. Torpağın hər qramında mikroorqanizmlərin sayının 2 milyardı keçməsi sübuta yetirilmişdir. Məhz mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində torpaqda humus əmələ gəlir, toplanır və çevrilir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Humus nədir?!

  • November 24, 2017 at 8:28 am
    Permalink

    Salam maraqli məqalə idi.

    Reply
    • November 24, 2017 at 8:50 am
      Permalink

      Təşəkkür edirik 🙂

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!