İdeal SEO məqalənin 10 şərti

ideal seo post nece olmalidirSEO nə olduğunu yəqin ki, bilirsiniz. SEO hər-hansı internet resursu məşhur axtarış sistemlərində “raskrutka” eləmək elmidir, alətidir, peşəsidir. Qısacası, məqsəd odur ki, google-da hər hansı (məsələn, ördək yuvası) sözü yazanda ilk sətirlərdə sizin resursun insanlara təqdim edilsin. Axı insanların çoxu adətən ilk çıxan nəticəyə tıqlayırlar.

Saytı optimizasiya eləməyin (SEO) əsas qaydalarını sizə təqdim edirik.

Yazdığınız məqaləni bu kriteriyalar ilə yoxlaya bilərsiniz.

  1. Məqalənin unikallığı. Məqalənin ən azı 90-95%-i unikal mövzu olmalıdır
  2. Məqalələr canlı manerada yazılmalıdır. İstənilən halda bu 2 punkt oxuyucu nöqteyi-nəzərdən daha vacibdir.
  3. Açar sözlər (keywords) normal istifadə olunmalıdır. Burda nəzərdə tutulan odur ki, açar sözlərin sayı nə çox, nə az olmalıdır, məsələn 5%. Çox olsa axtarış robotları məqalənizi spam kimi qərar verə bilər.
  4. Məqalənin başlığında açar sözdən istifadə olunması mütləqdir.
  5. SEO məqalənin optimal uzunluğu 1500-2500 simvol olmağı tövsiyyə olunandır.
  6. İlk abzas-istənilən SEO məqalənin ən əsas hissəsidir. Burda açar söz mütləq olsun. Həm ilk abzası oxuduqdan sonra adətən oxuyucular məqaləni ya tərk edir, ya axıra kimi oxuyur.
  7. Axırıncı abzasda da açar söz qoyun ki, axtarış botlarının xoşuna gəlsin 🙂
  8. Hər məqalə 2 vəya 3 istifadəçi axtarış suallarına (zapros) görə optimizasiya olunmalıdır. Daha çoxu yenə bəyənilən deyil.
  9. Abzaslara bölmək çox önəmlidir. Hər abzas 2-5 cümlədən ibarət olsun.
  10. Heading 1 və Heading 2 istifadə edin.

Əlavə də qeyd edəki, siyahı (list) istifadə edilməsi. 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!