İflic olmuş siçanlar insanın kök hüceyrələri vasitəsilə hərəkət ediblər

agroexpert-sicanİnsanın kök hüceyrələrindən təşkil edilən toxuma beldən aşağısı iflic olan heyvanların köməksiz hərəkət etməsinə səbəb olub.

İsrailin Texnologiya İnstitutunun alimləri tam onurğa beyin transeksiyası olan siçanlara insanın ağız boşluğunun membran qatından alınan kök hüceyrələrini yeridiblər.

Alimlər kök hüceyrələrinin onurğa beyni boyunca müxtəlif vaxtlarda yerləşdirilməsinə, hüceyrələrin saxlanmasına, böyüməsinə və dəstəkləyici hüceyrələrə çevrilməsinə imkan verən üçölçülü bir körpü qurublar.öö

Qeyd edək ki, kök hüceyrələrindən ibarət olan toxuma insan trombositləri və fibrinləri ilə qidalanır.
Hüceyrələr yerləşdirildikdən üç həftə sonra siçanların 42 faizinin arxa ayaqları üzərində dura və hərəkət edə bildiyi müşahidə olunub.

Siçanların 75 faizinin arxa ayaqlarına və quyruqlarına yönələn stimullara reaksiya verdiyi də vurğulanıb.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669