İftarda nələr yemək lazımdır?

Ramazan ayında digər 11 aydan fərqli olaraq qida rasionumuza daha xüsusi diqqət yetirməyimiz lazımdır. Ramazan ayı ərzində 16 – 17 saat ac və susuz qalan bədənimiz iftar vaxtı qəflətən ehtiyac duyduğu qidaları alır, ancaq yavaşlayan maddələr mübadiləsi səbəbi ilə boş qalmış mədəmizi həddən artıq yükləmək doğru deyil. Belə hallarda, həzmsizlik kimi bir çox sağlamlıq problemi ilə qarşılaşa bilərsiniz.

Bəs iftar vaxtı nə yeməliyik? İftarda nələrə diqqət etməliyik? Bu məqaləmizdə sizə bu sualların cavabını verməyə çalışacağıq.
iftar agroexpert.az

Gün ərzində saatlarla susuz qalan bədənimiz üçün maye dəstəyi həyati dərəcədə vacibdir. İftar etdikdən sonra gün ərzində sahura qədər 2 – 3 litr su içməlisiniz. Ramazan ayında sidikqovucu təsir göstərən və bədəndən suyun çıxarılmasını asanlaşdıran çay və qəhvəni çox içməməyiniz məsləhət görülür. İftarda kompotlardan alacağınız maye itirdiyiniz suyun yerini almağa kömək edəcəkdir. Mineral su da elektrolit itkisinin qarşısını almaq üçün vacib bir dəstəkdir. İftar və sahur arasında lazımlı və kifayət qədər miqdarda maye qəbul etsəniz, ertəsi gün orucunuz daha asan keçəcək və sağlamlığınızı qorumağa kömək edəcəkdir.

Xurma Ramazan ayının əsas qidalarından biridir. Xurma müxtəlif vitamin və minerallara malikdir. Bu meyvə lif, yağ və zülallarla zəngindir. Xurmanın tərkibində həmçinin natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor da var. Xurma tərkibində A vitamini, betakaroten, B1, B2, B3 və B6 vitaminləri var. Onun tərkibində hamiləlik dönəmində vacib sayılan B vitamini olan fol turşusu da var. Folik turşu (B9) bədəndə yeni qan hüceyrələrinin əmələ gəlməsində, bədənin quruluşunu təşkil edən amin turşularının  və hüceyrələrin yenilənməsində mühüm rol oynayan bir vitamindir.

Hamiləlik dövründə fol turşusuna olan ehtiyac əhəmiyyətli dərəcədə artır, buna görə hamilə qadınlar tərəfindən də qəbul edilə bilər.Həmçinin onun tərkibindəki liflər qəbizlikdən qoruyur. İftar süfrəsinin əvəzolunmaz qidası olan xurmanın ürək-damar xəstəliklərindən qorunmasında təsirli rol oynadığı, xərçəngdən qoruduğu, boğaz ağrısını kəsdiyini, bronxit, öskürək və soyuqdəymə şikayətlərinin aradan qaldırıldığı məlumdur. İftarda qan şəkəri səviyyəsini tarazlaşdırmaq və uzun müddət davam edən orucdan sonra bağırsaqlara faydalı liflər təmin etmək üçün ən yaxşı seçimlərdəndir. Ancaq yeyilən miqdara diqqət yetirilməlidir.

İftarda yeyəcəyimiz ləzzətli yeməklər, xəmir yeməkləri, şirniyyatlar, çərəzlər, yüksək kalorili olması səbəbindən oruc tutanlarda çəkinin artmasına səbəb olur.

Çəki artımından asılı olaraq qan yağında və qan təzyiqində artım ola bilər. Kolbasa, bastırma və buna bənzər məhsullar yeyilməsi tərkiblərində çox miqdarda doymuş yağ olduğu üçün risklidir. Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı son araşdırmaya görə, emal edilmiş ətlərin xərçəng riskini artırdığı sübut edilmişdir. ÜST-nin dərc etdiyi 27 maddəlik hesabatda emal edilmiş ət 1-ci kateqoriya təhlükəli qidalar qrupuna daxil edilmişdir.

İftar bir şorba ilə açılmalı və bir müddətdən sonra əsas yeməyə başlamaq lazımdır. Su, şorba, pendir, zeytun, xurma və ya quru ərik kimi yüngül qidalardan sonra əsas yeməyə keçmək daha məqsədəuyğundur.

Həmçinin iftardan sonra təzə meyvə və tərəvəzlər yeməyə də üstünlük verilməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!