İkisarılı yumurta haqqında maraqlı məlumat

İkisarılı yumurta, digər yumurtalardan daha böyük olan və içində iki dənə sarısı olan yumurtadır. İkisarılı yumurtalar qida dəyəri olaraq digər yumurtalarla eynidir, tək fərqləri ölçüləridir. Agroexpert.az ikisarılı yumurta haqqında maraqlı məlumatlı təqdim edir.

İkisarılı yumurta necə yaranır?
ikisarılı yumurta

Cüt sarılı yumurtaları normal yumurta yumurtlayan toyuqlar yumurtlayır. İkisarılı yumurta istehsal etmələrinin səbəbi gənc olmaları və metabolizmalarının sürətli işləməsidir. Birdən çox yumurta hüceyrəsini sürətli istehsal edən gənc toyuq ard-arda istehsal etdiyi yumurta hüceyrələrini eyni örtüklə örtür. Bu hüceyrələr də eyni qabıq altında inkişaf edib cüt sarılı yumurta təşkil edir. İkisarılı yumurta verən toyuqlar bir neçə dənə cüt sarılı yumurtadan sonra tək sarılı yumurta verməyə davam edir.

İkisarılı yumurtanın zərərləri nələrdir?

İkisarılı yumurtalar dad və qida dəyəri olaraq digər yumurtalarla eynidir və heç bir ziyanları yoxdur. Yalnız ölçüləri digər yumurtalara nisbətən daha böyükdür. Qiymətləri də normal yumurtalara görə daha bahalıdır. Amma cüt sarılı yumurta kalori baxımından fərqlilik göstərir. Normal bir yumurta orta hesabla 80 kalori daşımaqla ikisarılı yumurta kalori dəyəri olaraq 145-dir.
Buna görə ikisarılı yumurtaları pəhriz edənlər və ya qidalanmalarına diqqət edənlər seçim etməz. İdman edən insanlar, normal yumurta ağına görə, zülalı çox olan cüt sarılı yumurtanı seçim edirlər.

İkisarılı yumurtanı necə seçmək olar?
ikisarılı yumurta

Cüt sarılı yumurta dəzgahda və ya marketdə gördükdə dərhal ölçüsündən başa düşülür. Qaz yumurtasını bilənlər üçün ölçüsü təxminən qaz yumurtası kimidir.İkisarılı yumurta əsasən gənc toyuqlar yumurtladığı üçün, toyuq saxlayanlar hansı toyuğun cüt yumurta verəcəyini təxmin edə bilirlər.

İkisarılı yumurtadan cücə çıxa bilərmi?

Qida dəyəri və dad kimi adi yumurtadan fərqsiz olan cüt sarılı yumurtadan da cücə çıxması təəssüf ki, doğru deyil. Cüt sarılı yumurta yeyənlər sarısının digər yumurtaya görə bir az daha kiçik olduğunu görə bilər. Cücə çıxmamasının bir səbəbi isə yumurta sarısının kifayət qədər olmamasıdır. Digər və əsas səbəbi isə yumurta içində iki cücə üçün kifayət qədər yer olmamasıdır.

Yumurta döllənsə də bu cüt sarılı yumurtalarda cücələr kifayət qədər yer olmadığı üçün sağ qalmayacaq. Bu səbəblə toyuq fermaları cüt sarılı yumurtaları toyuqlarçün kürt yatırmağa ayırmır və  bazara çıxarır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!