İlanlar haqqında bilmədiyimiz 15 məlumat
İlanlar insanların və hətta digər canlıların qorxduğu heyvanlardan biridir. Əslində bütün canlılar qorxmaqda haqlıdırlar, çünki bəzi ilanlar insanlar üçün çox təhlükəlidirlər və sancması ilə qısa bir müddətdə öldürə bilərlər. İlanlar insanlar tərəfindən sevilməsə də bacarıqları olan qeyri-adi heyvanlardır. Məsələn, bəzi ilanlar uçur, ya da bəziləri qaz çıxararaq özlərini quşlardan qoruyur.

Bu yazımızda ilanlar haqqında maraqlı olan qeyri-adi 15 məlumatı sizlərə çatdıracağıq.
1. İlanlar təkcə Antraktidada yaşamırlar. Oradan başqa dünyanın hər yerində ən az 1 ilan növü yaşayır.
2. İlanların boyları olduqca dəyişkəndir.Ən kiçik ilan 10 sm uzunluğu olan iplik ilandır.Ən uzun ilan isə boyu 7 metr olan Div Pitonudur.
3. Dünyada təxmini 3400 ilan növü var. Bunların sadəcə 600-ü zəhərlidir. Zəhərli ilan növləri arasında 200 növ insanlar üçün ciddi təhlükəlidir.
4. Bəzi ilanlar cüt başlıdır. Onlar hətta bir-birləri ilə yemək davası edirlər.
5. İlanların 112 milyon il əvvəl 4 ayaqlı sürünənlərdən yaranmağına inanılır. Piton və Boa ilanlarının hələ də arxa ayaqlarının olduğu düşünülür.
6. İlanlar meşələrdə, səhralarda, dənizlərdə və dağlarda yaşayırlar.Himalay silsiləsində 4900 m yüksəklikdə ilan növünə rast gəlinib.
7. Bir Zınqırovlu ilanın quyruğunun sallanmasına səbəb olan əzələ dünyanın ən sürətli hərəkət edən əzələsidir. Saniyədə 50 dəfə sıxılıb-açılır.
8. Dünyanın ən zəhərli ilanlarından Qara Mamban sancmas zamanı şikarını 45 dəqiqəyə öldürür. Dərmanı tapılmadan əvvəl bu ilanın sancdığı insan ölürdü.
9. Bir çox ilan başından daha böyük ovlarını udmaq üçün hərəkətli çənələrə sahibdir.
10. Braziliyada ilan adası olaraq tanınan ən çox ilan sayı olan bir ada var. Adanın hər 1 kvadrat metrinde 11 ilan var.
11. Cənubi Amerikanın tropik yağışlı meşələrinin sakini olan Yaşıl Anakonda dünyadakı ən ağır və ən böyük ilan olaraq bilinir. Verilən məluma görə, 227 kiloqramdan da çox ağırlığı və 9 metrə yaxın uzunluğu var.
12. Pitonlar və bəzi Boa ilanlar ovlarını uzaqdan qoxlayan burunlarının üstündə çox dəyərli hiss etmə qabiliyyətlərinə sahibdirlər.
13. Zəhərli ilanlar hər il dünyada 90 minə yaxın insanı öldürür, ancaq bununla belə ən öldürücü heyvanlar deyillər. Ağcaqanadlar ildə 1 milyondan çox insanı öldürür.
14. Cənub şərqi Asiyaya məxsus uçan ilanlar olaraq tanınan bir ilan növü 100 metrə qədər məsafədə ağacdan ağaca keçə bilir.
15. İlanların göz qapaqları yoxdur. Bunun əvəzinə onlar “brille” adlanan şəffaf disk formasında gözlərini örtən bir təbəqəyə sahibdirlər.