İnam Kərimov: Aqrar sığorta sistemində dövlətin sahibkarlara böyük dəstəyi nəzərdə tutulub

Azərbaycanda aqrar sığorta sistemi qardaş Türkiyə Respublikasının TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Aqrar sığorta vasitəsilə fermerlər kənd təsərrüfatı heyvanlarını, əkin sahələrini və bitkiçilik məhsullarını, eləcə də akvakulturanı güzəştli şərtlərlə ən aktual risklərdən sığortalaya biləcəklər.

Agroexpert.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov bu sözləri Azərbaycanda ilk aqrar sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

nazir

Nazir bildirib ki, aqrar sığorta sistemində dövlətin sahibkarlara böyük dəstəyi nəzərdə tutulub. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödəniləcək, qalan məbləği isə fermerlər hissə-hissə ödəyə biləcək. Sığorta risklərinin qiymətləndirilməsi və sığorta hadisələrinin araşdırılması üçün müstəqil sığorta eksperti xidməti də dövlət tərəfindən maliyyələşdiriləcək.

“Bu gün işə düşən aqrar sığorta mexanizmi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürüdür. Aqrar sığorta mexanizminin işə düşməsi fermerlərə və sahibkarlara dəstək olmaqla yanaşı, kənd təsərrüfatının daha təhlükəsiz biznes sektoruna çevrilməsinə, bu sahəyə yatırımların artmasına səbəb olacaq və ümumilikdə, kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək”, – deyə İnam Kərimov qeyd edib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673