Ən yaxşı südlük inək cinsləri
Heyvandarlıqla məşğul olan və ya südlük heyvan biznesi quranlar üçün südlük heyvan cinsini seçmək önəmlidir. Bugün çox təəssüf ki, yerli inək cinsləri xarici cinslərdən bir-çox özəllikləri, xüsusən süd veriminə görə çox geridə qalır. Düzdür yaxşı süd verən yerli heyvanların olduğunu söyləyənlər də var. Yerli heyvanların ümumiyyətlə daha üstün olduğunu iddia edən fermerlər də var. Yerli heyvanların cins heyvanlara cütləşdirilməsinin daha yaxşı olacağına inananlar da. Hər halda həqiqət praktiki diskusiyalarda ortaya çıxacaq. Hal-hazırda dövlət xarici cinslərin idxalına və yerli heyvanların süni mayalandırılmasına əməlli-başlı dəstək verir.
Biz burda sizlərə, südlük inək cinsləri üçün müqayisəli cədvəl hazırladıq. Yerli bazarda mən şəxsən simmental ilə çox qarşılaşmışam. Ətlik və südlük istiqamətdə çox populyardır. Friz cinsi də yayılmağa başlayıb. Onu da qeyd edim ki, bu heyvanlar yerli heycanlardan çox iridirlər, satışında problem yaranır.
Cədvəl: Südlük inək cinsləri
Cinsin_adı |
Süd_verimi |
Təsviri |
|
![]() |
Holşteyn-Friz | 9000L | Ən məşhur südlük inək cinsidir. Müxtəlif rənglərdə olur. Dişisi 600-800 kq olur. |
![]() |
Jersey | 5000-8000L | Britaniya cinsidir. Südünün tərkibi yağlıdır. Yağ və pendir əldə etmək üçün sərfəlidir. Dişilər 400-500 kq olur. |
![]() |
Quernseys | 6000L | Britaniya cinsidir. Südünün tərkibi qızılı rəngə çalır. Ona görə kral cinsi də adlandırılır. Dişiləri 450-500 kq olur. |
![]() |
Simmental | 3000-4000L | İsveçrə cinsidir. Dözümlüdür. Digər cinslərə nəzərən daha uzunömürlü olduqları üçün daha bahadırlar. |
![]() |
Montafon | 3000-4000L | Avstraliya cinsidir. Türkiyədə çox populyardır. Dişisi 600 kq olur. Erkəkləri isə 800-900 kq olur. |
![]() |
Ayrşire | 9000L | Sərfəli şotland cinsidir. Qırmızı-qəhvəyi zolaqları var. Dişiləri 450-600 kq olur. |
Cins heyvanların dünya üzrə ən yaxşı ixracatçıları üçün bu məqaləyə baxa bilərsiniz. Məsələn, Ukrayna ən çox Azərbaycana inək ixrac edir. Biz isə ümid edək ki, vaxt gələcək biziim yerli fermerlər Avropaya, elə qardaş Türkiyəyə ət ixrac edəcək.