İribuynuzlu heyvanlar

İnəkdə köp necə alınır?

İnəkdə köp (şişmə) sadə dildə desək, qarında qaz yığılmasıdır. Əslində bu qaz normal həzm prosesində əmələ gəlir və gəyirmə ilə bayıra çıxır. Əmələ gələn qaz çölə çıxa bilməyəndə şişmə-köp meydana çıxır. İki növ şişmə var:

  1. Qırtlağa nə isə irişir, məsələn kartof kimi. Bu nadir hallarda olur. Və ya bəzi xəstəliklər zamanı heyvan qazını çıxara bilmir.
  2. Digər şişmə, köpüklü şişin səbəbi, mədə mayesi üzərində əmələ gələn köpüyün qaz ifrazını bloklaması nəticəsində meydana çıxır. Ən çox bu şişməyə rast gəlinir. Mövsümi dövrlərdə baş verir və ən çox yaz, payız aylarında üzə çıxır.

İnəkdə köp niyə əmələ gəlir?

Sürətli böyüyən qaba yemlərdəki (ot, yonca) parçalanma zamanı əmələ gələn köpükdür. Bunlar mədə şirəsinin yapışqanlığını artırır və qaz formasında kiçik şarların əmələ gəlməsinə mane olur. Beləliklə qazın ifraz olunmasına da mane olur.

İnəkdə köp

Klinik əlamətlər

  • Ən əsas əlaməti şişmiş sol qarındır.
  • Ağrı verdiyi üçün heyvan narahat olur və böyürür.
  • İnəkdə köp baş verdikdən 15 dəqiqə sonra ölə bilər.
  • Qaz köpü (qırtlağın tıxanması nəticəsində) adətən 1-2 heyvanda görülür. Köpüklü köpmə isə sürünün 25%-də üzə çıxa bilər.
  • Bəzən heyvan anidən ölə bilərsə, sürünün digər üzvlərində də köp əmələ gəlmə ehtimalı çoxdur.

Diaqnoz

Yuxarıdakı əlamətlər baş veribsə və sürü də bu aralar örüşdə otladılıbsa, ya da qaba yemlənibsə demək heyvanda şiş problemi vardır. Mədə şlanqı vasitəsi ilə şişin tipi təyin edilir: qaz köpüdürmü yoxsa köpüklü köpdürmü (şiş). Əgər bu adi qaz köpüdürsə, elə o şlanqla da qaz çölə çıxarıla bilər. Köpüklü şişmə zamanı qaz çıxmır.

Müalicə

İnəkdə qazlı şişmə baş verdiyi zaman mədəsinə bir şlanq salaraq qazı çölə çıxarmaq qaz köpü zamanı ən yaxşı metoddur. Qazı çıxardıqdan sonra tıxanmanın səbəbi araşdırılmalıdır.

İnəkdə köp

Mədə şlanqı işə yaramayanda, trokar (köp qamışı, qarğısı) istifadə edərəkqazı çıxara bilərsiniz. Amma belə hallarda heyvan infeksiyaya yoluxa bilər deyə ən son vasitə kimi müracitə edilməlidir.

Köpüklü şişmə zamanı, köpüyün qabağını alan dərmanlar mədəyə şlanqla ötürülməlidir. Məsələn, kətan yağı, terebentin kimi köhnə dərmanlarla yanaşı, yeni dimetikon və polaxolene az miqdarda çox təsirli olur. Yenə də baytar məsləhəti almağınızı tövsiyyə edirik.

Qorunma

Köpüklü şişmə baş verən sürü otlağa buraxılmır və saman, quru ot diyetası tətbiq edilir. Riskli otlaq və riskli dönəmlərdə sürünü otarmayın. Əvvəllər köpüklü şişməyə səbəb olmuş və ya içində yoncası çox olan otlaqlarda inəklər uzun müddət otarılmamalıdır. Risk çoxalan zamanlarda lifli yem (saman, quru ot) artırılmalıdır.

Otlaq sahə yaşdırsa risk daha çoxdur.

Maldarlıqla bağlı bir dostumuzun forumunda diskusiya zamanı, köpü olan heyvanlara işlənmiş yağ, neft, günəbaxan yağı verilməsini tövsiyyə edən fermerlərlə rastlaşdıq. Yuxarıda dediyimiz kimi bu kimi halları mütləq əvvəlcədən baytarla məsləhətləşmək lazımdır. Məsələn, işlənmiş yağ bala atmaya səbəb ola bilər. Amma effektiv metoddur. Hansısa müalicəni tətbiq etməmişdən öncə köpün tipini təyin etmək lazımdır: Qaz şişməsidir yoxsa Köpüklü şişmədir!

Son dövrlər inəklərin atmosferə buraxdığı metan qazını azaltmaq istiqamətində bir çox araşdırmalar aparılır. Bunlardan biri də inəklər yem rasyonuna dəniz yosunu əla edilməsidir. Yosun inəyin havaya buraxdığı metan qazını 60 bəzən 90% azalda bilir.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!