inəklər
İribuynuzlu heyvanlar Xəbərlər

İnəklər ətraf mühitə zərərlidirmi?

Bu materialı wikipedia-dan götürdüm, sizinlə paylaşım sonra öz fikrimi yazacam. Doğrudanmı inəklər təbiətə çox zərər vururlar?!

“İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir.

inəklər nə qədər yaşayır
  • Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. 
  • ABŞ-da ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur.
  • Kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir.
  • Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur.
  • İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır. Əlbəttə, sənaye sahələri də metanın mənbəyidir, lakin iribuynuzlu heyvanların payına bu cür zərərli tullantıların 37 faizə qədəri düşür.

Eləcə də ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ölkədəki mal-qara hər il 60 milyon tondan çox peyin istehsal edir. Bu isə insanın həyat fəaliyyətindəki tullantının miqdarından 130 dəfə çoxdur. Bir neçə il əvvəl BMT belə bir hesabat dərc etmişdi ki, inəklər atmosferə ümumilikdə götürülmüş avtomobil nəqliyyatından daha çox zərər verir.

Bu sahədə inəklərlə digər heç bir ev heyvan yarışa girə bilməz. Alimlərin fikrincə, Yer kürəsində mövcud olan1,5 milyard inək qlobal istiləşməyə səbəb olan bütün buxar qazlarının 18 faizinin ayrılmasına gətirib çıxardır. Gübrələrin istehsalı və ətin hazırlanması üçün istifadə edilən yanacağın yandırılması isə dünyadakı karbon qazlarının 9 faizini təşkil edir. İnəyin buraxdığı qazlar və peyin ümumilikdə atmosferə düşən metanın 1/3-ni təşkil edir ki, bu da Yer kürəsini karbon qazından 20 dəfə tez qızdırır.”

İnəklər biozənginliyin bir parçasıdır

Əvvəla onu qeyd edim ki, kainat sahibinin Qüddüs ismi var və bu isim dünyadakı təmizliyə nəzarət edir. Yəni inəyi yaradıbsa o ətraf mühitə zərər verə bilməz. İndi yuxarıda iddia olunan zərərləri bir-bir çürüdək.

Meşələri məhv edən acgöz biznesmenlərdir, ucuz yem əldə etmək üçün texnologiya inkişaf elətdirmək lazımdır, otlaq dövrü artıq geridə qalır. Qarğıdalı və taxıl ona görə çox verilir ki, inəklər daha tez böyüsün və çox süd versin. Yəni yenə insan acgözlüyü səbəbindəndir. Suyu içib bizə süd verir, qalanı da sidik şəklində geri qayıdır, onu da ana torpaq süzür yenidən.

Metan qazları barədə isə onu deyə bilərəm ki, peyini artıq sənayedə fərqli şəkildə istifadə eləməyə başlayıblar. Soxulcan gübrəsi və başqa texnologiyalar ilə o metan qazını daha verimli maddəyə çevirirlər. Bunun haqda ətraflı yazacam. Həmçinin bir araşdırmada görüblər ki, inəklərin yeminə dəniz yosunu əlavə edəndə əmələ gələn qazın miqdarı 50-70 bəzən 90%-ə kimi azalır.

Tural Nağıyev

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!