İnəklər nə qədər yaşayır?

İnəklərin nə qədər ömrü var və buna təsir edən amillər nələrdir?!

İnəklərin ömrüQədim zamanlardan inəklər insanların əsas dolanışıq qaynağı olub. İnək həm ailə büdcəsinin dayağı, həm də müasir dövrdə biznes sektorun əsas mövzularından biri olduğu üçün inəyin nə qədər yaşaması maraq kəsb edir.

İnəklərin ömrü aşağıdakı amillərlə formalaşır:

  • təkamül
  • insan istifadəsinin müddəti
  • fərdi xüsusiyyətlər
  • yemləmə
  • saxlama şəraiti
  • təsərrüfatda istifadə intensivliyi

1-ci səbəb: Təkamül

Əslində bu termin burda işlətmək düz gəlmir. İnəklər vəhşi əcdadlarından təkamül etmiyib, bəzi fiziki əksikliklərə məruz qalıb əslində. Heyvanların vəhşi təibətdə təbii seçim sayəsində ən dözümlüləri qalsa da, insanoğlu ev şəraitində özünə ən uyğun cinsi seçib saxlayır, məsələn ən çox ət vəya süd verəni, nəinki ömrü uzun olanı.

2-ci səbəb: Heyvandan istifadə sürəsi

Burda əsas təsir edici faktor budur ki, insan inəyi hansı istiqamətdə saxlayacaq?

  • Ətlik vəya südlük: Adətən südlük inəklərin ömrü daha uzun olur. 🙂
  • Heyvanın verimliyi: Verimliliyi az olan heyvanı çox saxlamırlar.
  • Əgər heyvan bahalıdırsa, daha uzun müddət saxlanacaq

3-cü səbəb: Fərdi xüsusiyyətlər

Heyvanın ömrü cinsə və sağlamlığına görə də dəyişir. Məsələn, südlük cinslər ortalama 20-25 il yaşayır. Amma südlük heyvanları daha verimli istifadə etmək üçün adətən 8-10 il saxlayırlar, bala verənləri isə daha çox.

Xəstəliklər heyvanların ömrünü çox qısaldır. Mütəmadi avitaminoz, parazitli xəstəliklər həm məhsuldarlığa həm heyvan ömrünə təsir edir.  İribuynuzlu xəstəlikləri ilə bağlı saytımızın Xəstəliklər menyusundan tanış ola bilərsiniz.

4-cü səbəb: Yemləmə

Yemləmə təkcə heyvanın inkişafına və məhsuldarlığlına yox, ömrünə də təsir edir. Məsələn, sərt və çətin çeynənən yemlə yemləmək heyvanın dişini tez sıradan çıxarır, bu isə heyvanın ömrünə təsir edir. Diş həzm prosesində önəmlidir, protez də hələki mən bilən qoymurlar inəklərə.

5-ci səbəb: Saxlama şəraiti

Buna iqlim, ekoloji faktor, insan faktoru təsir edir. Ot örtüyü uzun olan yerlə, səhra tipli yerdə saxlanan heyvanların yaşları fərqli olacaq. Təbii ki, otlaqda otlayan heyvanla bağlı fermada yemlənən heyvanlar bir ola bilməz. Həmçinin, heyvanın ömrünə gün işığının uzunluğu, havanın təmizliyi, nəmişlik kimi faktorlar da təsir edir.

6-cı səbəb: İstifadə intensivliyi

Böyük fermalarda inəkləri sözün əsil mənasında elə sağırlar ki, onları 3-4 il istifadə eləmək mümkün olur. Sənaye yönümlü olmayan təsərrüfatlarda inəklərin istifadə müddəti 6-8 il, öküzlərin isə 5-6 ildir. İnəklərin ömrü burda uzun olmur.

Hər halda ən uzun ömürlü inəklər Hindistanda yaşayır, orda onlar çox hörmətlidirlər. Yalnız orda inəklər xoşbəxt yaşayıb, öz əcəlləri ilə ölürlər. 🙂

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!