inəklərin yemləndirilməsi
İribuynuzlu heyvanlar

İnəklərin yemləndirilməsi

İnəklərin yemləndirilməsiİnəklərin yemləndirilməsi hər zaman aktual mövzudur. Bu məsələyə önəm verməmək. sonda südün azalmasına, heyvanın yaxşı çəki yığmamasına, xəstələnməsinə səbəb olar. Sağmal inəklərdə süddə yağ faizinin artırılması üçün qüvvəli yemlərdən daha çox istifadə etmək lazımdır. Bu yemlər əsasən dən yemlərindən ibarət olduğuna görə inəklərə yarma halında verilməlidir. Ona görə də dən yemlərinin qabığında sellülozanın miqdarı çox olduğundan maddədə parçalanma pis gedir. Belə yemi sağmal inəyə 3-5 kq vermək məsləhətdir.

Kənd təsərrüfatı heyvanlarının o cümlədən sağmal inəklərin yemləndiril-məsində təbii yemlərlə bərabər sənaye tullantılarından da geniş istifadə etmək lazımdır. Belə tullantılardan istifadə etdikdə yem payının tərkibi zənginləşir, heyvanların üzvi və qeyri-üzvi maddələrə olan təlabatı ödənilir, və məhsulun maya dəyəri aşağı düşür. Bu da təbii yemlərin qənaət olunmasına kömək edir.

Belə tullantılardan günəbaxan, pambıq jımıxı və şrotu, pambıq çiyidi, çətənə və kətan toxumları üzüm, tomat, zeytun, nar, meyvə və tərəvəzlərin konservləşdirilməsindən alınan tullan-tıları göstərmək olar. Belə tullantıların tərkibi amin və yağ turşuları ilə zəngindir. Bu da yem payının balanslaşdırılması üçün daha çox əhəmiyyətlidir. Sağmal inəklərdə südün artımına müsbət təsir göstərir. Heyvanların yemlənməsində istifadə olunan yem norması şərti olaraq iki yerə bölünür.

  • 1) saxlayıcı yem
  • 2) məhsuldar yem.

Saxlayıcı  yem norması, orqanizmin məhsul əmələ gətirmədən öz diri çəkisini saxlaması üçündür. Məhsuldar yem isə südün əmələ gəlməsi üçün veriləcək yem vahididir. İnəyin canlı kütləsindən asılı olaraq onun hər 100 kq canlı kütləsi 1,1 yem vahidi verilməlidir. 300 kq-dan artıq olan hər 100 kq canlı kütləyə 0,6-0,9 yem vahidi verilməlidir.

Məhsuldar  yem inəyin verdiyi südün məhsuluna görə təyin edilir. Yağ faizi 4,2 olan 1kq südün əmələ gəlməsi üçün 0,5 yem vahidinə 120 qr  həzm olunan protein verilməlidir.

İnək orta köklükdən aşağı dərəcədə olarsa, onda hesablanacaq hər 1 kq artım üçün 4,5-5 yem vahidi və hər yem vahidinə 120 qr həzm olunan proteinin dəyəri qədər yem payına əlavə edilməlidir.

İnəklərin yemləndirilməsi ilə bağlı digər məqalələr üçün bu bölməyə də baxa bilərsiniz.

4 COMMENTS

  1. Elvan Abbasov
    Salam olsun qrup ehline,demeli qisaca yazacam.
    Bir inek mutleq yaxsi conge ile balaya durmalidir,balayandan 20 deq sinra balasi sud icmelidir 8gunden sonra buzivun qabaginda su,ot,duz,yem qoyulmalidir.
    Inek sud sagim dovrunde 2 k saman,4 k yonca,15 k silos,1 k cugundur ve ya basqa ,10 k quru ot yemelidir.col seraitinde 32 k dan cox yemelidir,…

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!