İnəyin mədəsi

Heyvandarlıqla məşğul olanlar üçün daha bir vacib mövzuya toxunmaq qərarına gəldik. Yemləmə heyvan biznesinin əsas elementidir. İşin 70-80%-i düzgün yemləmədən asılıdır. Yemləməni, rasyonu düzgün qura bilmək üçün inəyin mədəsi haqqında elementar məlumatları bilməliyik. İnək mədəsinin quruluşu, həzm prosesi, mərhələlər, riskləri bildikdən sonra yemləmə haqqında təsəvvürləriniz çox zəngin olacaq.

inəyin mədəsi

Qaba yemlə qidalanan əksər məməli heyvanlarda azı dişlərin səthi qırışlı, bağırsaq uzun, mədə bir neçə şöbədən ibarət olur. Gövşəyən cütdırnaqlı heyvanlarda mədə 4 kameradan ibarətdir:

  • işgənbə (rumen)
  • tor
  • qat-qat (kitabça)
  • qursaq.

Bu heyvanlar qidanı iki dəfə çeynəyir. Qəbul olunmuş qida əvvəlcə işgənbə və tora toplanır. Heyvan dincələrkən qida oradan hissə-hissə ağıza qayıdır. Yenidən çeynənilib udulan qida mədənin qat-qat və qursaq hissələrində təkrar həzmə uğrayıb bağırsağa ötürülür. Bağırsaqlarda həzm prosesi davam edir və sorulma baş verir. Qida qalıqları anusdan xaricə atılır.

İşgənbə (rumen)

Heyvanın mədəsinin ən böyük bölümü işgənbədir. Yemək borusunun düz axırında yerləşir. Bir neçə bölümdən ibarət torbaya bənzər görüntüsü var. İki aylıq buzovlarda fəaliyyətə başlayır. 6 aylıqda tam gövşəyən heyvan olur. Böyük heyvanda işgənbənin həcmi 200 dm3 olur. Çəkisi isə 3 kq-a kimi çata bilir. Qida bu torbaya düşür, divarlardakı əzələlər bu qidanı biraz əzir. Burdan faydalı elementlərin bir qismi qana keçir. İşgənbənin əsas təyinatı mikroorqanizmlərin komfortlu həyatını təmin etməkdir.

Həzm özünə xas sürətlə davam edir. İşgənbəyə ilk saman və ya ot verilməlidir ki, mikrobların yemi həzm eləməsi üçün kifayət qədər zamanı olsun. Yoxsa proteinin tez parçalanması zamanı ammiak ayrılır, hansını ki, mikroblar həzm edə bilmir, qana keçir və heyvanda zəhərlənmə baş verir.

Karbohidratların tez parçalanması zamanı isə bol miqdarda turşu ayrılır. Bu isə işgənbədə asidoza (mədə yanması) səbəb olur. Asidoz inəyin mədəsi üçün vacib olan mikrofloranı məhv edir və ya zəiflədir.

Əgər inəyə ilk yem olaraq buğda qırması və ya sulu ot versəniz, bu yem işgənbədə qalmadan bir başa qursağa düşür, bu isə həzm prosesinin pozulmasına səbəb olur.

Tor

Həcmi 10 dm3 olan bu bölüm sanki ələk rolunu oynayır. İşgənbədə həzm olunmuş xırda hissələr bu ələkdən keçərək kitabçığa düşür. Qalanı isə yenidən işgənbəyə geri qaytarılır.

Kitabça

Kitabça (qat-qat) torla eyni ölçülərdə olur. Bu bölümdə qatlar mövcuddur, hansılar ki, yem hissəciklərini ayırmağa davam edirlər. Böyük sorucu səthi sayəsində qan bu bölümdə yemin işgənbədə həzm olunmayan qalığından suyu, mineralları və turşuları əmir. Divarlarındakı əzələlər sayəsində qalan yem kütləsini qursağa ötürür.

Qursaq

Heyvanın əsil mədəsi qursaqdır. Həcmi 15-17 litrdir. İşgənbədə həzm olunmamış yemin qalan hissəsi burda işlənir. Daha sonra xumus bağırsağa düşür, burda da həzm davam edir.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!