İngiltərədə kənd təsərrüfatının inkişaf prosesi

Dünya ölkələri arasında ən yaxşı iqtisadiyyata sahib olan ölkələrdən biri sözsüz ki İngiltərədir (Böyük Britaniya).

Bir çoxları bunu təxmin etməsə də, İngilətərə iqtisadiyyatında kənd təsərrüfatı böyük paya sahibdir. Bu ölkədə kənd təsərrüfatına böyük diqqət ayrılır. Bu da ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərir və ölkənin digər ölkələrdən asılı olmasının qarşısını alır.

Böyük Britaniyanın kənd təsərrüfatının digər Avropa ölkələrinin kənd təsərrüfatından fərqi odur ki, burada əhalinin 2%-dən də aşağı hissəsi bu sahədə çalışır.

böyük britaniyada kənd təsərrüfatı agroexpert.az

İngiltərədə kənd təsərrüfatı sahəsində mexanizasiyanın yüksək səviyyədə olması məhsul istehsalı həcminin ölkədəki tələb səviyyəsindən üstün olmasına kömək edir Bu sahədə məşğulluq səviyyəsi getdikcə azalır. Kənd yerlərində insanlar üçün alternativ iş yaratmaq üçün hökumət işçi qüvvəsini digər sektorlara yönləndirməyə çalışır. Kənd təsərrüfatında istifadə olunan torpaq sahəsi (ümumi sahənin dörddə üç hissəsi) azalır, eyni zamanda taxıl əkmək üçün yararlı olan torpaqlar otlaqlara çevrilir.

Dövlət siyasəti kənd təsərrüfatında işləyənlərin həyat səviyyəsinin yüksəldilməsini və eyni zamanda məhsullarda münasib qiymətlərin qorunmasını nəzərdə tutur. Buna nail olmaq üçün yerli məhsula və idxal məhsullarına minimum vergi sistemi tətbiq edildi.

Mal əti və qoyun əti istehsalçılarına Avropa bazarında rəqabətə girə bilmələri üçün əlavə pul ödənilir. Son tədbirlərdən isə süd istehsalındakı məhdudiyyətlər və istifadə edilməyən torpaqlar üçün fermerlərə nəzərdə tutulan kompensasiyanı qeyd etmək olar.

Ən vacib taxıl bitkiləri buğda, yulaf və çovdardı.

Taxılların xeyli hissəsi mal-qaranın yeminə, qalan hissəsi çörək və un məmulatları istehsalına gedir. Heyvandarlıqda buynuzlu mal-qara ən vacibidir. Kənd təsərrüfatında, şəkər və pendir istehsalı istisna olmaqla, özlərini digər bütün məhsullar ilə yüksək səviyyədə təmin etməyə çalışırlar. Şəkər və pendir daha çox digər ölkələrdən idxal olunur.

Hazırda Böyük Britaniya kənd təsərrüfatı məhsulları istehsalına görə Aİ-na üzv olan ölkələr arasında altıncı yerdədir. Orta hesabla bir işçi 25,7 min avro məbləğində (ümumdaxili məhsul) məhsul istehsal edir. İngiltərədəki kənd təsərrüfatı torpaqları 58,3 milyon hektar ərazini təşkil edir ki, bu da ölkə ərazisinin 77% -i deməkdir.

Ölkədə südçülük, ətçilik, donuzçuluq, qoyun əti və quşçuluq təsərrüfatı da inkişaf edib.

Digər ölkələrin kənd təsərrüfatı haqqında məlumatlar burada..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!