İnkubator nədir?Nə zaman yarandı?Necə istifadə olunur?

İnkubator (lat. İncubare) – yumurta qoyan heyvanların (quşlar, amfibiyalar, sürünənlər, kərtənkələlər və s.) nəslinin süni yetişdirilməsi üçün yaradılmış bir aparatdır.

İnkubasiya metodu ilk dəfə Qədim Misirdə meydana gəlmişdi.
Linda qaz cinsi yumurtalarının inkubasiyası

Çində inkubatorlar yerdə təchiz edilmişdi. Onların istiləşməsi günəş işığı və embrionların özlərinin fizioloji istiliyi nəticəsində yaranırdı. Bu “soyuq” texnologiya bu günə qədər qorunub saxlanılır.

Bu gün Pekində  embrionların həyati fəaliyyəti səbəbindən təbii olaraq yüksələn temperaturun vaxtında aşağı salınması və yumurtaların erkən soyuması prinsipi ilə işləyən bir neçə quşçuluq ferması uğurla fəaliyyət göstərir.

Belə müəssisələrin məhsuldarlığı olduqca yüksəkdir. Təxminən 90% təşkil edir. Çin də daxil olmaqla bəzi ölkələrdə  yumurtaları qızdırmaq üçün xüsusi insanlardan da istifadə edirdilər. Bu insanlar öz bədən temperaturları ilə yumurtaları isitməyə çalışırdılar.

Avropada ilk inkubator XVIII əsrdə hazırlanmışdı. Bu inkubatorun yaradıcısı italyan fizik Port  idi. İnkvizisiyanın təcavüzü ilə əlaqədar bu ixtira yandırıldı. Yumurtaların uğurlu inkubasiyası üçün lazımi şərtləri (temperatur və rütubətin embrionların inkişafına təsiri) öyrənən və bu məsələyə ümumi diqqəti cəlb edən növbəti alim məşhur fransız ixtiraçısı Reamur oldu.

XX əsrin əvvəllərində ixtisaslaşmış quşçuluq təsərrüfatlarının inkişafı ilə iki növ inkubator hazırlanmış və istifadə edilmişdir:

1. Lampa inkubatolar – işləmə prinsipi: istilik daşıyıcısı olan suyu işıq lampaları ilə isitmək.

2. Hidravlik inkubatorlar – istilik mənbəyi kimi qaynar suyun istifadə edilməsi. Gündə iki dəfə soyumuş maye qaynar su ilə əvəz edildi.

agroexpert_az_ inkubator

Müasir bir inkubator – optimal nəm istiləşmə rejiminin avtomatik tənzimlənməsini, mühitin qaz tərkibinin tənzimlənməsini, havalandırmanı, yumurtaların istiləşməsi üçün qabların vaxtında dönməsini təmin edən, yumurta böyütmək və balalardan yüksək faiz əldə etmək üçün hazırlanmış yüksək texnoloji sistemdir. .

Dizaynına, konstruksiyasına görə bütün inkubatorların bir çox ümumi cəhətləri var. İnkubatorlar aşağıdakı xüsusiyyətləri özündə cəmləşdirən yumurta qabının korpusundan və  həyat dəstəyi sistemindən ibarətdir:

  • • havalandırma
  • isitmə (açıq və ya qapalı istilik elementləri),
  • • soyutma (hava və ya su əlavə edilməsi ilə),
  • işıqlandırma
  • • nəmləndirmə (su qabı və ya avtomatik su spreyi),
  • • qabın fırlanması (avtomatik, mexaniki və ya əl ilə).

Həcmindən (tutumundan, ölçüsündən) asılı olaraq  üç növ inkubator olur.

  • Sənaye inkubatorları (bir neçə minə qədər yumurta tutur),
  • ferma inkubatorları (250 və daha çox yumurta)
  • məişət inkubatorları (200-ə qədər yumurta)

Təyin olunmuş məqsədinə görə universal və ixtisaslaşmış inkubator növləri olur. Universal inkubatorlar sayəsində müxtəlif növ cücələri (toyuq, qaz, ördək, bıldırcın və s.) yetişdirmək olur. İxtisaslaşdırılmış inkubatorlarda isə sadəcə bir növün yetişdirilməsi mümkündür.

Ayrıca təyinatına görə üç növ inkubator vardır:
  • inkubasiya və bala çıxarma prosesində iştirak edən inkubatorlar
  • inkubasiya əvvəli inkubatorlar (yalnız yumurtanın yetişməsini təmin edir)
  • bala çıxarma inkubatorları (yumurtadan balaların çıxarılmasında istifadə olunur)

Bir qayda olaraq, kiçik həcmli inkubatorlar hər iki dövrün (yetişmə və yumurtadan çıxma) əməliyyatlarını birləşdirirlər.

İnkubatorların son modelləri quşçuluq təsərrüfatlarının bütün zəruri tələblərinə cavab verir. Onların tam avtomatlaşdırılması insanın prosesdəki iştirakını minimuma endirməyə imkan verir.

Sadəcə yumurta qablarını inkubatora yükləyin və yerləşdirdiyiniz canlı növü üçün müvafiq rejimi seçin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!