İnsanlar tərəfindən yetişdirilmədən öncə meyvə və tərəvəzlərin yabanı halı
İnsanlar meyvə və tərəvəz yetişdirməyə başlamazdan əvvəl çox fərqli görünürdü.
Bir dilim qarpız və ya qarğıdalı yemədən əvvəl bu barədə düşünə bilərsiniz. Çox yaxından tanıdığımız bu meyvə və tərəvəzlərin dadı və görünüşü əvvəllər belə deyildi.
Genetik cəhətdən dəyişdirilmiş orqanizmlər, GMO qidalar bu gün çox ciddi reaksiya ilə qarşılaşırlar. Amma demək olar ki, min illərdir indi sevərək yediyimiz qidaların genetikası ilə oynanılır.
İnsanlar yetişdirməyə başlamadan əvvəl banandan tutmuş badımcana qədər bir çox meyvə- tərəvəzlər əslində tamamilə fərqli görünürdü.

Yabanı yerkökü
Müasir yediyimiz yerkökünün əldə edildiyi bitki əvvəlcə ya ağımtıl ya da fil sümüyü rəngində bir kökü idi. Orta Asiyada selektiv yetişdirilən ilk yerkökünün bənövşəyi rəngdə olduğu məlumdur. Bəzi orqanik bazarlarda hələ də bu bənövşəyi yerkökünü tapmaq mümkündür. Müəyyən zamanla yerkökü indiki görünüşünə gələrək bənövşəyi piqmentlərini və fotoda görünən çəngəl görünüşünü itirib.
Müasir yerkökü
Fermerlər bu vəhşi, çəngəl kökü yetişdirib yaxın illərdə 6.245 metr böyüdərək rekordlar kitabına saldılar.
Yabanı qarğıdalı
Qarğıdalı illər ərzində selektiv yetişdirmə ilə necə böyük dəyişikliklərin edilə biləcəyinin ən yaxşı nümunəsidir. E.ə. 7000-ci ildə Meksika və Cənubi Amerikada böyük çəmənliklərdə bitən bu bitki çox quru çiy kartof dadı verirdi. 8 növü olan qarğıdalı 19 mm-dən bir qədər böyük, çox sərt toxumları var idi.
Bu günki qarğıdalı
İndi yediyimiz qarğıdalılar yabanı hallarındakından tamamilə fərqli bir bitki kimi görünür. Müxtəlif rənglərdə yetişdirilə bilən bu bitki təxminən 1000 dəfə daha çox böyüyür və 69 ölkədə yetişdirilir.
Yabanı şaftalı
Şaftalı yabanı formasından sonra çox dəyişməyən meyvələrdən biridir. Tarixi tapıntılara görə, ilk şaftalı e.ə 6.000-ci ildə Çinin Zhejiang əyalətində yetişib. Selektiv yetişdirmə ilə dıyişdirilən şaftalı meyvəsi təxminən 1200 il sonra ilk dəfə Yaponiyada qida kimi istifadə olunub. Yabanı dadı bu gündən fərqli olaraq torpaq tamlı və bir az duzlu olub. Həm də indiki kimi tüklü olmayıb.
Bu günki şaftalı
Bu gün yediyimiz əvvəlkindən daha böyük, daha yumşaq və bir çox fərqli növə malikdir.

Yabanı kələm
Brassica oleracea bitkisi kələm, brokkoli, gül kələm və s. tərəvəzlərin ulu babasıdır. Yetişdirilmədən əvvəlki formasına görə yabanı kələm deyilir. Duz və əhəng torpaqlara dözümlü olduğuna görə hələ də dəniz sahilləri qayalarının üstündə bu vəhşi kələm bitir.
Bu günki kələm
Ataları ilə müqayisədə müasir kələm daha ətli və daha dolğun olur. Bir bitkidən daha çox qida təmin edir.
Yabanı portağal
Yabanı portağal Avstraliya bağbanları tərəfindən kəşf edilib. Portağal indiki vəziyyətinə gəlməzdən əvvəl kol bitkisi olub. Bu bitkinin yetişdirilməsinin əsas səbəbi yalnız qidalanma dəyəri və ləzzətləri deyil, həm də quşlar və böcəklər üçün yaşayış yeri olduğu üçün biomüxtəlifliyi qorumaq üçün bir yoldur.
Müasir portağal
Bu gün portağal yabanıdan daha böyük və sululuğu olduqca yüksəkdir. Hal-hazırda bir çox növü var. Vaxtı ilə portağal zənginlik göstəricisi olan meyvələrdən biri idi. Yabanı portağallar da belə bir xüsusiyyətə sahib idi, çünki yalnız müəyyən bir ərazidə yetişirdi.