İribuynuzlu üçün yem rasiyonu

Bu məqalədə sizə danalar üçün effektiv yem rasiyonu təqdim edəcəm. Saytımıza məqalə hazırlamaq üçün daim çox oxuyuram, araşdırıram, müxtəlif mütəxəssis və fermerlərlə məsləhətləşirəm. Hər məqalədən, hər sətirdən, hər insandan yeni bir şey öyrənib, təsdiqləyib sizinlə paylaşıram. Belə məqalələrdən biri də bordağ heyvan biznesi haqqında idi. Məqalədə qeyd olunur ki, yerli heyvanlar gündə 600, cins heyvanlar isə 1100-1200 qram artış verir. Yəni yerli heyvanlar ayda 18, xarici cins danalar isə ayda 35 kq artım verə bilir.

Bir gədəbəyli yaxşı dostum var. Çox savadlı riyaziyyat müəllimidir, amma dədə-babadan yaxşı heyvandardırlar. Onunla tez-tez aqro sektorla bağlı elmi diskusiyamız düşür. Bax elə keçən söhbətimizdə ondan yaxşı yem rasiyonu öyrəndim və onu sizinlə paylaşacam.

Dostumun söylədiyi bu yemləmə ona görə xoşuma gəldi ki, iddiasına görə bu üsulla yemlənən yerli danalar ayda 1000-1500 qram artım verə bilər. İndi onun dediklərini olduğu kimi yazıram.

180-200 kq-lıq heyvan üçün yem rasiyonu:

Səhər 7-də: 2kq unlu kəpək+1 kq pambıqlı (tüklü) çiyid+2,5 litr su ilə qarışdırıb verilir. 50 qram da duz əlavə edilir, heyvanın iştahını açmaq üçün. Yemdən sonra 300 qram ot atılır qabağına.

Günorta: 12-15 litr su verilir içmək üçün. Çox vermək olmaz, partlamaya düşə bilər. Yenə qabağına yarım kq ot atılır.

Axşam 8-də: Yenə eyniylə səhər yem rasiyonu təkrarlanır.

Gecə 11-12: 10 litr su verilir içmək üçün.

Heyvanın yanında hər zaman daş duz olmalıdır. Ayda bir dəfə vitamin iynələri vurulur. (C, B6, B2 və sair) Bundan əlavə ən azı həftədə bir dəfə yarım kq İmişli yemi verilir.

Danaların günlük artımı: İribuynuzlu üçün yem rasiyonu

100 kq-lıq dana: 800 qram

200 kq və yuxarı: 1 kq (ala inəyin balasıdırsa 1,5 kq)

Bir dana 350 kq-dan yuxarıdırsa 50%-dən çox təmiz ət çıxımı olur. Çəki artdıqca təmiz ət çıxımı 60%-ə kimi artır.

Bu yem rasionu bütün fəsillər üçündür. Bordağ üçün dana 8 aylığında alınır, 9 ay saxlanır və satılır. Təqribən xərclər çıxıldıqdan sonra bir heyvandan ayda 100 Azn-ə qədər qazanc əldə edilə bilər.

Qeyd edək ki, bir iribuynuzlu heyvanın günlük enerji ehtiyacı 2 000 kaloridir. Yenə bunu da nəzərə alın ki, dana çəkisinin 8%-i qədər peyin və idrar əmələ gətirir.

Ən yaxşı ətlik heyvan cinsləri haqqında bu məqaləni oxumağı da tövsiyyə edirik.

Məqalə ilə bağlı rəy və təkliflərinizi gözləyirik.

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!