İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yenidən qurulmasına başlanılır

Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə kənd təsərrüfatının bərpası üçün bir sıra amillər üzrə ilkin qiymətləndirilmənin aparılması nəzərdə tutulub.

Agroexpert.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanında öz əksini tapıb. Sənədə əsasən, bu işlər Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçiriləcək.

bank-kənd-təsərrüfatı-agroexpert.az_

İlk mərhələdə aşağıda qeyd olunan proseslər həyata keçiriləcək:

  • yararlı torpaqların müəyyənləşdirilməsi,
  • kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin,
  • kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi,
  • fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə kənd yerləri üzrə inkişaf planları hazırlanacaq. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edilib. Yerli icra hakimiyyəti başçısının ərazinin sosial-iqtisadi inkişafı sahəsində vəzifələri artırılıb.

Beləliklə, artıq icra hakimiyyəti başçısı müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanmasını təmin edəcək.

Fərmanda qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarına dair metodiki göstərişin 3 ay müddətində hazırlanmasını və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini, habelə ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi təmin etməlidir.

Həmçinin müəyyən edilib ki, yerli icra hakimiyyəti orqanları tərəfindən kənd yerləri üzrə inkişaf planlarının hazırlanması və təsdiq olunması şəhər inzibati ərazi vahidlərinə münasibətdə 2021-ci ildən, digər inzibati ərazi vahidlərinə münasibətdə isə 2022-ci ildən etibarən həyata keçiriləcək.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669