İşi ver robota, birini də üstəlik

robotlar herseyi ozu edirBir çox məqalələrdə qeyd etdiyimiz kimi, dünya əhalisi artdıqca, ərzaq məhsullarının istehsalı da artmalıdır. (70% qarşıdakı 15-20 ildə) Maraqlısı budur ki, inkişaf etmiş ölkələrdə insanlar aqrosektordan yavaş-yavaş uzaqlaşır, digər ölkələr isə yüksək texnologiyanı tətbiqdə ləng davranr. Daha böyük fermalara nəzarət, işçilik çətinləşir. Amerikada bu problemi hələlik robot və dronların yardımı ilə həll etməyə çalışırlar.

Ümumiyyətlə, Amerika təkcə texnologiyada, sənayedə yox, eləcə də kənd təsərrüfatı sektorunda da dünyada liderlərdən biridir. Bu liderliyi də torpağa diqqətli yanaşma ilə qoruyurlar. Dədəm Qorqud demiş, oğul torpağı qoruyasan, həm əkəsən gərək. Hal-hazırda American Robotics şirkəti fermer təsərrüfatlarnı tam avtomatlaşdrmaq üçün bir sıra dronlar istehsal edir. Ən məşhur dronları isə Scoutdur. Bu özü şarj olan, özünü tam idarə edən, günlük müxtəlif rutin kəşfiyyat işləri görə bilən PUA-dır.

Klassik monitorinq sistemləri, hətta ilk dronlar belə müxtəlif stressorları effektiv aşkarlamır, bu isə milyonlarla itkiyə səbəb olur. Həmçinin köhnə üsullar çox vaxt alır, qəlizdir və sərfəli deyil.

Sistemi inkişaf etdirmək üçün aqroexpertlər və fermerlərlə effektli məsləhətlər aparılmşdır. Buna görə sistemin aqrosektora ciddi faydalar verəcəyi söylənilir.

Tam avtomatlaşdırma gələcək torpaq işində ən kilid komponentdir.  Riz Mozer

Scout sistemi “açar təhvil” paketi ilə verilir. Bura fərqli kameralara sahib avtonom PUA və dronun korpusu yerləşən sukeçirməz stansiya daxildir. Stansiya dronu şarj edir, məlumat alış-verişini aparır. Sistem qurulduqdan sonra PUA-nı kənardan idarə etməyə ehtiyac qalmır, hesabat və təhlillər isə fermerə ötürülür. Bu cür sistemlər artıq bəzi təsərrüfatlarda tətbiq olunur.

Ekspertlər sistemin perspektivdə müsbət tendensiya vəd edəcəyini söyləyirlər.Həqqətən, belə bir ferma olsa, suyu avtomat damcı sistemi, dron nəzarət edir, heyvanları robotlar sağır və sair, nə gözəl olar 😉

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!