İşıq saçan göbələk ağacı

Alternativ işıq mənbələrindən istifadə indi çoxlarının fikrini məşğul edir. Kimsə günəş batareyaları, kimsə külək enerjisindən yararlanır. Amma  indi daha bir işıq mənbəyindən istifadə etmək olar, bu – işıq saçan göbələkdir.

Əslində, onu göbələk adlandırmaq düzgün deyil, alimlər hesab edirlər ki, bu, ağacdır. Sadəcə, forması göbələyə oxşayır. 

Bu qeyri-adi bitkinin işıqlanmasına səbəb onun bütün səthini örtən selikdir. 

Bioloqlar hələlik bu seliyin tərkibini və onun nəyə görə işıq saçdığını ayırd edə bilməyiblər. Belə birt fərziyyə irəli sürüblər ki, bu ağaclar işıq saçmaqla onların sporlarını yayan həşəratları cəlb edirlər. Başqa bir fərziyyə isə bunu təkzib edir: guya onlar məhz həşəratlarla qidalanan heyvanları cəlb edirlər ki, parazitlərdən yaxa qurtara bilsinlər. 

agroexpert_Az gobelek agaci

Maraqlıdır ki, göbələk ağac günün bütün vaxtı, hətta gündüz adi gözlə görünməsə də, işıq saçır.

Bu qeyri-adi ağaclara yalnız Braziliya sahillərində rast gəlinir.

Agroexpert.az saytı Milli.az saytına istinadən xəbər verir ki, Yerli sakinlər həmişə onlardan qorxublar. Onlar hesab edirlər ki, bunlar yeyilmiş göbələklərin ruhlarıdır və adamlara bədbəxtlik gətirir. Ancaq uşaqlar onlardan oyuncaq kimi istifadə edirlər. 

Bu ağacları ilk dəfə ingilis botaniki Corc Qardner 1840-cı ildə kəşf edib. Göbələkləri elə onun şərəfinə Agrious gardneri adlandırıblar. 2009-cu ildə isə San-Fransiskodan olan alimlər qrupu üzərində tədqiqat apardıqları bu bitkinin adını dəyişdirib Neonothopanus gardner qoyublar. 

Göbələk ağacının hansı səbəbdən işıq saçdığını tədqiq edən alimləri daha bir sual düşündürür: bunları yemək olarmı? Çünki hələ indiyədək heç kim risk edərək onun dadına baxmaq istəməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!