İspaniya sənayesi və kənd təsərrüfatı

Ərazisinə görə Avropanın 4-cü ölkəsi olan İspaniyanın əhalisi 48 milyondur. Hər kv/m-ə düşən insan sayısı 80 olsa da, əhalinin 76 faizi şəhər mərkəzlərində yaşayır.

İspanların öz aralarında katalonyalı, qallar, kastilyalılar, basklar, araqonlar və digər müxtəlif millətlərə bölündüklərini nəzərə alsaq, ölkədə istifadə olunan dil sayı da həddindən artıq çoxdur.

İspaniya Sənayesi

İspaniya ümumdaxili məhsulun həcminə görə Avropa Birliyində 5-ci, dünya arenasında isə 12-ci yerdədir.

Mədən sənayesinə görə İspaniya ən qədim ölkələrindən sayılır. Təbii ehtiyatları zəngin olan İspaniya nadir, dəyərli minerallar və yeraltı sərvətlərə sahibdir. Məsələn, Almadene mədənində ildə 1,5 min ton civə çıxarılır. Uelvada isə pirit mədənləri var. Dağ mədənlərindəki əsas pay isə metal yataqlarına düşür (bürünc, dəmir, titan və s.). Bu mədənlərdə ildə 2 milyon tona yaxın metallar əldə olunur.

Maşın istehsalı da İspaniyada yetərincə inkişaf etmiş sahələrdəndi. Maşın istehsalı, gəmiqayırma, aviasiya sənayesi, dəmir yolu qatarlarının istehsalı, elektrotexniki istehsal, tikinti materialları, yüngül, qida və kimyəvi sənaye avadlıqlarının istehsalı yüksək səviyyədədir.

Yüngül sənaye ölkənin daxili tələbatını ödəməklə yanaşı xaricə də ixrac olunur. Dünyada ayaqqabı istehsalının 4%-i ispan fabriklərinin payına düşür. Qida sənayesi yüksək keyfiyyətli zeytun yağının və yerli üzümlərdən hazırlanmış çaxır istehsalına görə də məşhurdur.

Mənfi hallardan biri isə İspaniyanın energetika sahəsində hələ də digər ölkələrdən asılı vəziyyətdə qalmasıdır. Ölkədə istifadə olunan elektrik enerjinin 80% xaricdən idxal edilir. İspaniyanın XX əsrin sonlarında kəşf etdiyi neft yataqları da var, amma onun emalı ölkə üçün əsas məsələlərdən sayılmır. Mütəxəssislər daha çox elektrik enerjisi əldə etmənin alternativ variantları üzərində işləməkdədirlər.

İspaniyanın kənd təsərrüfatı

Hazırda İspaniya əhalisinin sadəcə 5%-i kənd təsərrüfatı ilə məşğul olur. Səbəbi isə işci qüvvəsi olaraq məhsul toplanmasına daha çox miqrantlar cəlb edilir. Bitkçilik ən iri kənd təsərrüfatı sahəsi kimi qalmaqdadır. Kənd təsərrüfatı ilə məşğul olan firmaların 80%-i kiçik fermer təşkilatlarına bənzəyir ki, bu firmalarda əməkdaşların maksimal sayı 250 nəfər olur.

Mexanizasiya və selektiv toxumçuluq maksimal məhsul əldə etməyə çox kömək edir. İspaniyada ilin 250 və daha çox günün günəşli keçməsi də kənd təsərrüfatına öz müsbət təsirini göstərir.

Əkin sahələrinin 20%-i faizində taxıl, cənub və mərkəzi bölgələrdə isə daha çox arpa və qarğıdalı yetişdirilir. Aralıq dənizi sahilindəki suvarılan ərazilərdə isə düyü əkini, qalan əkin sahələrində isə tərəvəz, üzüm və zeytun ağacları əkilir.

Zeytun və zeytun yağı istehsalına görə İspaniya dünyada ilk yerdədir. Burada həmçinin sənaye miqyasında apelsin, limon, qreyfrut və tütün də yetişdirilir. Ölkənin cənubunda badam da yetişdirilir və İspaniya badam ixracına görə Qərbi Avropada birinci yerdədir. Avropada sadəcə bu ölkədə şəkər qamışının istehsalı ilə məşğul olunur.  Estremadura və Kastilya-La-Mança bölgələri isə şərabçılıq sənayesinin mərkəzi sayılır.

Heyvandarlıq ölkənin bütün ərazilərində inkişaf edib, amma heyvan cinsinin seçimi həmin bölgənin iqliminə və yem bazasına görə dəyişir. Sahildən uzaq, quraqlıq olan bölgələrdə qoyun və keçi saxlanılır. Şimal bölgələrdə isə iribuynuzlu heyvanların saxlanılmasına üstünlük verilir.

Heyvandarlığın inkişafının qarşısını alan səbəblərdən biri də İspaniya yemlərin baha olmasıdır. Yemlərin baha olması bu sahənin daha da böyüməsinin qarşısını alır.

Dənizkənarı ölkə olduğu üçün İspaniyada balıqçılıq da inkişaf edib.

Ölkənin şimal və şimal-qərb bölgələrində balıqçılıqla da məşğul olurlar. Balıqçılıq təsərrüfatında İspaniya Avropa dövlətləri arasında 4-cü yeri tutur. Daha çox ovlanan balıqlar skumbriya (makka), tuna və sardina balıqlarıdı.

Həmçinin İspaniyanın meşələrində nadi və dəyərli olan palıd ağacı növü yetişir və bu ağacın taxtası tikinti sənayesində ən dəyərli növlərdən biridir. İspaniya bu sahədə də dünyada liderlik edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!