İspaniyalı alimlər ideal çiyələk növü yaradırlar

Cordoba Universitetinin alimləri çiyələyin yetişməsini idarə edən yeni bir gen kəşf ediblər

İlk olaraq nəzərinizə çatdıraq ki, İspaniya çiyələk istehsalında Avropa lideridir. İqtisadiyyatın bu əsas sektorunu qorumaq üçün elm adamları innovativ və tədqiqat vasitələrindən istifadə etməyə çalışırlar.

Kordoba Universitetindən biotexnologiya və bitkilər üçün dərman analizi qrupu araşdırmalar aparır. Bu araşdırmalar zamanı yeni çiyələk növü üçün onlar möhtəşəm dad, aroma və toxumaya sahib olacaq çiyələk genlərini aşkarlayıblar.

agroexpert.az çiyələk növü

Giləmeyvənin xüsusiyyətlərini və orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırmağa yönəlmiş bu tədqiqatlar prosesində, yetişmə prosesinin tənzimlənməsində çox vacib rol oynayan bir gen aşkar etdilər. Bu, genetik siqnalın tərcüməsi və rəng, aroma və digər xüsusiyyətlər üçün genlərin yaradılması üçün lazım olan transkripsiya faktorudur (FaPRE1).

Çiyələk meyvələrinin inkişafı iki əsas hormon tərəfindən idarə olunur:
  1. Absiz turşusu – giləmeyvələrin yetişmə vaxtını (rəng, ətir və s. dəyişikləri) müəyyən edir
  2. Auksinlər – giləmeyvənin boyuna nəzarət edilir.

Çiyələyin bazara çıxarılması üçün lazımi ölçü, rəng və dad almasına kömək edən hormonlar bunlardı.

Təsvir olunan qeyri-adi genin əhəmiyyəti onun yetişmə prosesinində “nəzarətçi, mühafizəçi” rolunu icra etməsidir. Bu genin tənzimləmə işinin iki tərəfi var: yetişmə dövrü başlayanda inkişaf genlərini (auksinləri) susdurub absiz turşusu geminin fəaliyyətə başlamasını təmin edir.

Başqa sözlə desək, bu gen DNT ilə əlaqəli olan transkripsiya ilə iş zamanı genlərin fəaliyyətini gücləndirə və yavaşlata bilən əsas faktordur.

Hazırda bir qrup İspan alim, ən yaxşı genetik xüsusiyyətlərə sahib olan bitkiləri müəyyənləşdirmək üçün genlərin tənzimlənmə xəritəsini yaratmaq üzərində işlər aparırlar.

Heyətə mütəxəssislər Laura Medina, Feliks Martinez, Fransisko Xavyer Molino, Jose A. Mercado, Enrique Moyano, Antonio Rodriguez, Jose Luis Caballero, Rosario Blanco və Juan Munoz (tədqiqat qrupunun lideri) daxildir.

Mənbə və foto: Córdoba Universiteti (Cordoba Universiteti).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!