İstixana şəraitində badımcan yetişdirmək

Ana vətəni Hindistan olsa da, xalq, ölkə olaraq bu tərəvəzi çox sahiblənmişik. Faydalı olduğunu anlamışıq. Hər cür yeməyini bişirməklə kifayətlənməyib, turşusunu, mürəbbəsini də hazırlamışıq. Bu qədər tələbat olan badımcanın sadəcə yayda və bir az da payızda satışı və qiyməti münasib olur. Lakin qışda və yazda əsasən idxal olunduğu üçün qiyməti də yüksək olur.

  • Bəs niyə qışda bu tərəvəzin yetişdirilməsi zəifdir?
  • Bu qədər tələbat varsa, niyə də yerli məhsulun payı yüksək olmasın ki?

Bir az maraq və nəbzi tutmaqla həm biznes yaratmış ola bilərsiniz, həm yerli məhsula olan tələbatı qarşılaya bilərsiniz, həm də bazar qiymətinin münasib olmasına şərait yaratmış olarsınız. 

Bunun üçün ilk olaraq istixanada badımcan yetişdirməyin qaydaları və prosesi ilə tanış olmaq lazımdır.

Badımcan istixanada yetişdirilən tərəvəzlər içində pomidor, bibər və xiyardan sonra dördüncü yerdədir. 

Badımcanın iqlim və torpaq istəyi necədir?

Badımcan istiliyi sevən bitkidir. Buna görə də ən uyğun temperatur 25-30°C-dir. Gecə temperatur 15 dərəcədən aşağıdırsa bitkidə meyvə yaranma və ya inkişaf etmə prosesi baş verməz. Bu zaman bitkidə mayalanma baş verməsi üçün xüsusi dərmanlara ehtiyac var. Aşağı temperaturda inkişaf zəifləyir və 0°C-də bitki donmağa başlayır.

Bu tərəvəz torpaq istəyi baxımından çox seçici deyil. Lakin onun üçün də ideal yetişmə torpağı var. İsti, drenajı yaxşı, qüvvətli, ph dəyəri 6-7  olan torpaqlar idealdır. İstiliklə bərabər işığı da sevən badımcan üçün işıqlanma müddəti və şiddəti də önəmlidir. 14-16 saatlıq uzun çəkən günləri sevər. İşıqlanmanın az olduğu qısa günlərdə inkişafı zəifləyir.

İstixanada badımcan necə yetişdirilir?

istixanada badımcan yetışdirmək. badımcanın budanması

Ən uyuğun istixana temperaturu 20-30°C-dir. 40 dərəcədə və ondan yüksək istilikdə böyümə dayanır. -1°C də isə bitki yaşamını itirir. Badımcanın gövdəsi oduna bənzər gövdəyə sahibdir. 60-100sm boyda olan növləri heç bir dəstək olmadan dik dura bilir. Lakin 3 metrəyə qədər boy atan növləri isə asmaq gərəkir. İstixana şəraitində də badımcan qida maddələri ilə, humusla zəngin, yaxşı drenaj olunmuş torpaqlarda yetişdirilməlidir. Torpaq nə çox quru, nə də çox yaş olmamalıdır. Torpaq nəmindəki qaydasız dəyişikliklər çiçək tökülməsinə və tarazsız(anormal) böyüməsinə səbəb ola bilir.

Badımcan bitkisi üzərində meyvəyə dönən iri çiçək sayını artırmaq üçün:

  • suvarmağı azaltmaq,
  • qidalandırcı maddənin(gübrələrin) miqdarını artırmaq,
  • gündüz istiliyinin yüksəldilməsi gərəkir.

Badımcan suyu çox sevir.

istixanada badımcan yetışdirmək. badımcanın budanması

istixanada badımcan yetişmə dövründə vaxtaşırı suvarılmalıdır. Bir bitkidən 10-30 hətta daha çox məhsul yığmaq mümkündür. Tərəvəzin yetişmə dövründə pis şərtlər və düzgün aparılmayan proses liflənməyə və odunlaşmaya səbəb olur. Bitkinin meyvəsi tünd rəngdə olmalıdır. Aşağı temperatur və zəif işıq rəng açılmasına səbəb olur. Bu da tərkibindəki dəmirin azlığına səbəb olur.

Badımcan kolunun budanması

İstixanadakı bitkilər 30-40sm boyuna çatdıqda hər birinin ana gövdəsi ipə bağlanaraq və ipə sarılaraq telə asılır. Bundan sonra yan budaqların yaranması gözlənilir. Ana budaq ilə birlikdə 3-4 budaq saxlanılaraq digərləri kəsilir. Saxlanılan budaqlar da ipə sarılaraq teldən asılır. Bağlanma və asma zamanı ana budaqlar yana doğru açılaraq bitkinin orta hissəsinin yetəri qədər gün işığı və ya işıq almasına, havalanmasına diqqət etmək gərək. Budaqlanmanın olduğu yerə qədər bütün yarpaq və əlavələr təmizlənməlidir. İpə bağlanmış budaqlar üzərində yaranmış çiçəkdən sonrakı 1-2 yarpaq saxlanılaraq uclar kəsilməlidir. Bu proses məhsul alınana qədər davam etməlidir. 

istixanada badımcan yetışdirmək. badımcanın budanması
İkinci məhsul yığımı.

Məhsul yığılmış budaqlardakı və bitkinin alt hissəsində saralmış, xəstəhal olan, yaşlı və ya fiziolojik olar aktivliyi itmiş və günəşlənməyə, işıq almağa mane olan bəzi yarpaqlar kəsilməlidir. Budanan bitki qalıqları istixanaya atılmamalıdır. İstixanadan kənarda basdırılmalı, ya da yandırılmalıdır. Budanmadan sonra bıçaq və ya qayçı sipirtə batırılmalı və yuyucutoza batırılmış süngərlə təmizlənib,yuyulmalıdır. Xəstəliklərin yayılmaması üçün.

 

Təklif və məsləhət bizdən, icrası isə sizdən olsun …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!