İstixana təsərrüfatının əsas xüsusiyyətləri və faydaları

İstixananın əhəmiyyəti

Dünyada insan sayının artması ilə yaranan ən vacib problemlərdən biri insanlara düşən və əkin üçün yaralı olan torpaq ölçüsüdür. Əhalinin sürətlə artması hətta kiçik ərazilərin də istifadəsini tələb edir. İstixana təsərrüfatının genişləndirilməsi və bütün əkinçilik sahələrinə tətbiq edilməsi ölkəmizdə işsizliyi azaldacaq bir sahədir. İstixana təsərrüfatı ilə daha çox məhsul təmin etmək mümkündür. Bundan başqa həm də əhalini kənd yerlərində saxlayaraq daim artmaqda olan urbanizasiyanın qarşısını alan tədbirlərdən biri ola bilər.

istixana təs agroexpert.az
İstixanaların əsas xüsusiyyətləri

İstixanalar, bitkinin böyüməsi üçün lazımi şəraiti idarə edilə bilən və ya tənzimlənə bilən qapalı yerlərdir. İstixanalar şüşə, plastik, plastik-şüşə kimi şəffaf materiallar istifadə olunmuş örtük və ya bina elementləridir. Bir sözlə, istixanada iqlimdən asılı olmayaraq il boyu bitki, meyvə, tərəvəz istehsal edə bilərik.

İstilik, işıq, rütubət və hava kimi amillər lazım olduqda, iqlimlə əlaqəli ətraf mühit şəraitinə tamamilə və ya qismən bağlı olmadan nəzarət altında saxlanılır. Toxum, qələm, fidan yetişdirmək, qorumaq və istifadə etmək və ya satmaq üçün şüşə, plastik və s. işıq keçirici material ilə müxtəlif şəkillərdə hazırlanan yüksək sistemli yerlərə istixana təsərrüfatı deyilir. Belə imkanları olan müəssisələrə istixana müəssisələri deyilir.

İstixanaların içərisi elə tənzimlənir ki, xarici ətraf mühit şəraitindən təsirlənmədən bütün il ərzində bitki yetişdirmək mümkündür. İstixanalarda əsasən məhsullar satmaq üçün yetişdirilir və istədiyi kimi idarə oluna, tənzimlənə bilir. Xarici ekoloji şəraitdəki kimi aşağı və yüksək temperatur, həddindən artıq və natamam işıq, nisbi rütubət, qar, yağış, dolu və külək kimi iqlim hadisələrindən təsirlənmir.

istixana-agroexpert.az_

Məhsul proqramı bitkilərə görə dəyişə bilər. Xəstəliklər və zərərvericilərə nəzarət edilməsi daha rahatdır. İl ərzində vahid ərazidən çox və keyfiyyətli məhsul alınır. Bununla birlikdə istixanaların tikintisi, avadanlığı və istismarı olduqca çətin və bahadır.

İstixana təsərrüfatının faydaları
  • Bitki yetişdirmə dövrü uzadılır. Bir ildə birdən çox bitki istehsalı təmin edilir.
  • İstixanada yetişdirilən məhsulların erkən və ya gec bazara çıxarılmasında problem yoxdur. Bazarda daim məhsul olur.
    Bölmə ərazisindəki yetişdirilən bitkinin məhsuldarlığı artır və keyfiyyət yüksək olur.
    Müəssisədəki işlər davamlı olduğundan, il boyu işsizlik problemi yoxdur. Beləliklə, mövsümi iş problemi azalır.
    İstixana təsərrüfatında bir çox texnologiyaya ehtiyac var. Beləliklə, bu texnologiya filiallarının inkişafına müsbət təsir edir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669