İstixananı gölməçəyə çevirdi, indi sərvət qazanır.

Bu məqalədə sizə qardaş Türkiyədə bir fermerin girişimindən danışacam. Tural ailəsi, 60 sot həyətində istixana qurub içərisinə hovuz düzəldir. Bu hovuzda kahı (marul) yetişdirib həftədə 11 min kahı satır. Kahının birində 50 quruş (22 qəpik) kar edən ailə, həftəyə 5-6 min lirə (2-3 min Azn) qazanır.

Antalyanın Qazipaşa rayonunda yaşayan Tural ailəsi, bir müddət araşdırmadan sonra az maliyyətlə kiçik sahədən daha çox verim almaq üçün iş qurmaq istəyirdilər. Bunun üçün 0.6 ha ərazi icarəyə götürüb, hovuz sistemi ilə kahı istehsal etməyə başladılar. resimid_4315839

Hovuz 20-30 sm dərinlikdə istixana içərisində yerləşir. Kahılar hovuzda üzən penoplast lövhələr üzərində yerləşdirilir və 30-35 gün ərzində yetişir.

Qurduqları sistem haqqında məlumat verən biznesmen: “Heç bir dərman istifadə etmirik, torpağa verilən gübrənin 5-də birini veririk. Gələcək nəsillər üçün torpaq və nitrat çirkliliyinin qarşısını alırıq. Torpaqsız olduğu üçün həm verimli həm də çox ləzzətlidir.”

İldə 8 dəfə məhsul yığılır. Həftədə bir dəfə məhsul yığmaq şəklində il dövrlərə bölünür. 10 sota 20 min kahı əkilir. Həftədə 11 min kahı yığılır. Hər kahıya 30-40 quruş (15-17 qəpik) xərc çıxır, topdan 90 quruşa (40 qəpik) satılır, 50 quruş (22 qəpik) kar əldə edilir.

Bu sistem daha çox İndoneziya, Malaziya kimi  torpağı az olan ölkələrdə tətbiq edilir. resimid_4315840

Üstünlükləri:

  • Bir sahəyə daha çox əkin imkanı
  • Məhsul çox daha ləzzətlidir
  • Yetişmə müddəti daha qısadır
  • Dərman vurulmur
  • Gübrə daha az istifadə olunur

Sonda Tural ailəsi bunu digər əkinçilərə də tövsiyyə edir, amma yaxşı araşdırmağı sonra başlamağı tövsiyyə edir. Qeyd edir ki, kahı hər su dolan yerdə yetişməz…

Videoqaynaq:

 

 

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!