İsveçdə 4 min nəfərdən çox insana qoyulan çiplər nə üçün istifadə olunur?

İsveçdə 4 min nəfərdən çox insan çip qoydurdu

Hələ 2018-ci ildə dünyada, bədənə çip qoyulmuş “cyborq”un sayının 10 minə çatdığı təxmin edilirdi.

Bu ilki məlumatlara görə çox sayda mikroçip şirkətinin fəaliyyət göstərdiyi İsveç artıq 4 min nəfərdən çox vətəndaşı ilə ən çox çip taxdırmış ölkədir.

Agroexpert.az xəbər verir ki, İsveçdə insanlar dərinin altına qoydurduqları düyü böyüklüyündə çip ilə artıq şəxsiyyət vəsiqəsi, kredit kartı və açarlarını ciblərində daşımayacaqlar. Ölkədə dəri altına şprislər və ya müxtəlif yollarla qoyulan çiplərdən istifadə edənlərin sayı artmaqda davam edir.

insanlara yerləşdirilən çiplər agroexpert.az

4 mindən çox insan dərilərində şəxsiyyət vəsiqələri, qatar biletləri və ya açarlar daşıyır.

Dərinin altında gündəlik həyatı asanlaşdırmaq üçün hazırlanan çipləri yerləşdirən İsveçlilər bu çiplərlə qapını aça və qatar bileti əvəzinə istifadə edə bilərlər.

Son zamanların modası olan çiplər artıq xeyli müddətdir ki dəmir yolu şirkəti tərəfindən istifadə edilir.

Dərini altına çip  qoyan Biohax International şirkətinin direktoru Jovan Österlund: “Texnologiya yenidir, lakin əhəmiyyətli dərəcədə artmaqdadır. Bu texnologiya açarları və debet kartlarını əvəz edəcək və sağlamlıq məqsədləri üçün istifadə edilə biləcək. Ancaq bu günə qədər cəmiyyət bu texnologiya ilə tam şəkildə ayaqlaşa bilməyib. Buna baxmayaraq şirkətimiz tərəfindən ən azı 3500 nəfərə inyeksiya edilib. 2018-ci ildə başlayan texnologiyaya maraq getdikcə daha da artır”. -bildirib.

Yeni texnologiya olan çiplərin əsas istifadəsi və qiyməti

Çip əsasən bədəninə yerləşdirilən şəxs haqda fərdi məlumatları, kredit kartı nömrələrini və tibbi məlumatlarını özündə saxlayır. Çip qoyduran insan radio tezliyindən istifadə edən cihazlarla bir təmasa əlaqə qurur.

Bunun əsas səbəbi rahatlıqdır. Kontaktsiz işləmə, ödəniş texnologiyası mövcud olduğu yerdə mikroçip istifadəsi üçün lazımi infrastruktur təmin edilir.

dünyada insanlara qoyulan çiplər agroexpert.az

Dünyada son zamanlar çox marağa səbəb olan dəri altına yerləşdirilən çipin qiyməti 150 dollardır.

Bəzi insanlara görə bədənində çip olan “cyborq” insanlar uzaqdan idarəetmə ilə hərəkət edə bilən süni “canlıların”dır.  Son zamanlar insanlar hətta özlərinə inyeksiya edə biləcək çip sifariş etməyə başlayıblar. Məsələn, Meksikada qaçırılma hadisələrinin qarşısını almaq üçün cipləri dərinin altına qoydurmaq dəb halına gəlib.

Buna görə dünyada Kanadadan sonra ən az nağd pul istifadə edən ikinci ölkə olan İsveç, çip istifadəsi baxımından olduqca əlverişli bir mühit təklif edir. Çip istifadəsinin artmasında ən böyük iş şirkətlərin üzərinə düşür.

Qeyd edək ki, 2015-ci ildə İsveç xalqına çip yerləşdirilməyə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика