İsveçdə ağac istehsalı. Üstünlük verilən ağac növləri

İsveçdə bərpaedici meşə təsərrüfatı inkişaf etdirilib, çünki iynəyarpaqlı ağaclar həm taxta istehsalı üçün, o cümlədən ixrac üçün istifadə olunur. Məhsuldar torpağı olan meşəliklərdə xüsusən şam və küknar yetişir.

Ağac istehsalı İsveçdə vacib bir gəlir mənbəyidir, amma meşələr yalnız kəsilmir – həm də bərpa olunur. İsveç meşələri Qolfstrim körfəz axınından faydalanır, çünki onun isitmə təsiri şimal enliklərində daha sürətli ağac yetişdirməyə imkan verir.

İynəli və geniş yarpaqlı ağaclar yetişdirmək işi uzun illərdir ki, İsveçdə dayanmadan fəaliyyət göstərir.
isveçdə ağac istehsalı agroexpert.az

Hər il orta hesabla 380 milyon ağac yetişdirilir. Məsələn, 2011-ci ildə 384 milyon, 2018/19-da  isə 381 milyon bitki yetişdirilmişdi. Onun ümumi sayının 96%-ni şam və küknar ağacları təşkil edir.

Ölkənin meşə təsərrüfatında pestisidlərlə müalicənin azaldılmasına meyl var. Belə ki, iynəyarpaqlı növlərin ağaclarında pestisidlərin istifadəsi 2018-ci ilə nisbətən 2019-cu ildə 4% azalıb.

Bazara xüsusən konteynerlərdə yetişdirilmiş və toxumdan böyüdülən iynəyarpaq ağaclar çıxarılır.

2019-cu ildə ümumi konteyner fidanlarının payı 77% təşkil etmişdir ki, bu da 2018-ci il ilə müqayisədə 9% çoxdur. Geniş yarpaqlı ağacların gənc bitkiləri çılpaq kökləri olan ağac şəklində satılır.

Küknar və şamın üstünlükləri

Adi şamın sürətlə artması onun qabaqcıl kateqoriyaya aid olduğunun sübutudur. Bu ağaclar çox rahat şəkildə çoxaldılır və yetişir.

Bu şam ağacları yanğından, güclü küləkdən və təbii əkilmələrdə yaranan digər narahatlıqlardan sonra tez bir zamanda bərpa olunur. Şam ağacı təbiət fəsadlarından təsirlənməmiş ərazilərdə uzun müddət üstünlük təşkil edəcəkdir.

Şam ağacı küknarlardan fərqli olaraq su və qida azlığı olan ərazilərdə özünü daha yaxşı hiss edir. Məhz buna görə də belə ərazilərdə şam ağaclarının sayı digər ağaclara nisbətdə daha çoxdur. Lakin buna baxmayaraq İsveçin cənubunda küknar ağacları şam ağaclarından daha sürətlə və daha asan yetişir.

Şam və küknar ağaclarının İsveç üçün doğma olduğunu nəzərə alsaq, onlar şimal enliklərində yetişdirildikdə daha əla taxta əldə etmək olur.

Məsələn, İngiltərədə yetişdirilən adi küknarların gövdəsinin içindəki halqaların eni artacaqdır. Çünki İngiltərədə yay daha qısa, isti və daha nəm olur. Bu isə ağacın taxtasının keyfiyyətinin daha aşağı düşməsinə və zərərvericilərə qarşı daha zəif olmasına səbəb olur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669