İsveçin ən nəhəng fermalarından birinin fəaliyyəti

İsveçdə 1953-cü ildə hazırki fermer Byorn İsaksonun atası tərəfindən yaradılan “Hallnas Handelstradgard”  ferması bu gün ölkənin ən inkişaf etmiş fermasıdır.

Fəaliyyətinə ilk olaraq çiçəklərin yetişdirilməsi ilə başlayan bu ferma artıq digər təsərrüfat sahələrində də ölkənin liderinə çevrilib. Qeyd edək ki, çiçək təsərrüfatı fermanın yenə də əsas sahələrindən biridi.

agroexpert.az isveçdə ferma

Təsərrüfat sahəsi İsveçin şimalında, Liksel və Umeo şəhərlərinin arasında yerləşir. İstixanaların ümumi sahəsi təxminən 5 hektardı. Bu təsərrüfatın ən böyük xüsusiyyətlərindən biri burada ilin 365 günündə də kahı və göyərtilərin yetişdirilməsidir.  

Fermanın bu dərəcədə inkişaf etməsində ən böyük pay təsərrüfatın hazırki rəhbəri olan Byorn İsaksona düşür.

Byorn İsakson demək olar elə bu fermada böyüyüb. Onda bu sahəyə yaranan marağa görə elə İsveç Kənd Təsərrüfatı Universitetində ali təhsil alıb.

Bu fermanın özəllikləri

2000-ci ildə burada kahı və şüyüddən reyhana kimi bütün növ göyərtilərin əkininə başlanılıb. Byornun sözlərinə görə, bitkilərin inkişafı üçün su və qidalanma işıqdan daha vacibdir. Aamma onun fermasında da LED lampalarının işıqlandırmasından istifadə olunur. LED (diod) lampalar əvvəlki işıqlandırma sistemlərindən 2 qat daha güclü işıq versə də, elektrik enerjisi xərclərinə də 40-60% qənaət edir.

Hazırda Byorn bütün bitkilər üçün ayrılıqda ən optimal işıq spektrnın  tapılması üçün eksperimentlərinə davam edir. O düşünür ki, bununla daha dadlı göyərti bitkilərinin yetişdirilməsinə nail olacaq.

İsveçdə bir çox istixana sahibləri biodizel və istilik nasoslarının istifadəsinə keçib.

Byornun təsərrüfatında istixanaların qızdırılması üçün ağac qranullar üzərindəki qazanlardan istifadə olunur.

agroexpert.az isveçdə ferma - kənd təsərrüfat sahəsi

Artıq qeyd etdiyimiz LED işıqlar da düzgün istiqamətdə atılmış bir addımdır. İsveçdə dörd böyük şirkət marul və göyərti istehsalı ilə məşğul olur: “Hällnäs”, “Orto Novo”, “Spissa” və “Svegro”. Onlar su və enerjidən istifadə, nəqliyyat məsafələrini azaldılması da daxil olmaqla ekoloji cəhətdən təmiz istehsal sahəsində əməkdaşlıq edirlər.

Bütün firmalar KRAV sisteminə uyğun olaraq sertifikatlaşdırılmışdır və kimyəvi bitki qoruma məhsullarından istifadə etmir. Bundan əlavə, suyun təkrar dövriyyəsindən istifadə olunur. İspaniyanın kahı yetişdirmə təsərrüfatı ilə müqayisədə, İsveç kahı istehsalçıları 95%  daha az su istehlak edirlər. Qidalanma məhlulunun təkrar istifadəsi də bitkilərin qəbul etmədiyi qidalandırıcı maddələrin təbiəti çirkləndirmədən yenidən istifadə olunmasına kömək olur.

Bundan əlavə, bu fermada plastik qablaşdırmanın istifadəsini minimuma endirməyə və mümkün olduqca onu kartonla əvəz etməyə çalışırlar. Bitkilər torf substratında, kağız qablarda və ya yenidən emal olunmuş plastik qablarda əkilir. Byorn 2007-ci ildən üzvi istehsala başlayıb və hazırda məhsullarını ölkədəki bütün supermarket şəbəkələrinə satır.

Kiçik dükanlara çatdırılma üçün həftədə bir neçə dəfə təzə kahı və göyərti verən “Norrmejerier” süd kooperativi ilə sıx əməkdaşlıqdları var. İstixanalarda kahı və göyərti bitkiləri ilə yanaşı xiyar da yetişdirilir və onun ilk məhsulu ilin onuncu həftəsinə təsadüf edir. Həmçinin Çili bibərinin yetişdirilməsi üçün təcrübələr aparılır. 6 fərqli  kahıdan ibarət olan komplektlər isə tamamilə yeni konsepsiya oldu. Böyümə prosesi tez getdiyindən həmin kahıların yetişdirilməsi çox asandı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!