İt və pişik xəstəlikləri və peyvəndlənməsi

İtlərin və pişiklərin sağlamlığını qorumaq üçün önləyici tədbirlər almalıyıq. 1 yaşdan kiçik, 8 yaşdan yuxarı itlər və pişiklər virus xəstəliklərinə qarşı həssasdırlar. Bu səbəblə peyvənd proqramlarına diqqətlə riayət edilməlidir.

Viral xəstəliklər üçün xüsusi bir müalicə olmadığı üçün bu xəstəliklərə tutulduqdan sonra ölüm nisbəti çox yüksəkdir.

Peyvənd etmə proqramına başlamadan əvvəl bala pişik və itlərin plasenta ilə və əmizdirmə dövründə aldığı daxili parazitlərdən təmizlənməyi lazımdır. Bunun üçün ilk növbədə anti-parazitar dərman tətbiqləri ağız və ya inyeksiya yolu ilə həyata keçirilir. Bundan əlavə peyvənd olunacaq heyvan sağlam olmalıdır.

peyvend agroexpert.az
Parazitar xəstəliklər

İtlərdə və pişiklərdə tenya və askaridlərə qarşı dərmanlama proqramlarına əməl olunmalıdır. Başqa heyvanlarla təmasda olan, nəzarətsiz çölə çıxıb gəzən, çiy yemək və ya su içən, yem ovlayan itlərdə parazitlərin yaranması yüksək ehtimaldadır. Heyvanlardan insanlara keçə bilən bu parazitlərdən xüsusilə exinokoklar (tenyalar) bizim sağlamlığımız üçün çox təhlükəlidir. Kistlər bu parazitlərin yumurtasıdır.

Pişiklərin və itlərin tüklərindən qaynaqlandığı düşünülən bu xəstəlik əslində parazit yumurtalarının tüklərlə birlikdə udulmasından yaranır. Köpək və ya pişiyiniz hər 3 ayda bu parazitlərə qarşı dərman qəbul edərsə, belə bir xəstəlik riski yoxdur. Mütəmadi olaraq parazit dərmanı qəbul edən bir itin və ya pişiyin tüklərini udmağın yaradacağı təhlükə insanın saçını udmaqla baş verə biləcək təhlükədən fərqlənmir.

İtlərdə peyvənd cədvəli

İtlərdə gənclik xəstəliyi (distemper), qanlı ishal (parvoviral enterit), hepatitis və leptospirosis xəstəliklərinə qarşı qarışıq peyvənd 45 günlük ikən edilməlidir. Sonra peyvənd cədvəli 2-3 həftəlik bir fasilə ilə aşağıdakı şəkildə tətbiq olunmalıdır.

peyvendlenme agroexpert.az

Qarışıq peyvənd

Parainfluenza + Bordetella (it öskürəyi – sığınacaq öskürəyi),

Korona virus

Quduzluq

Yetişkin bir itdə qarışıq peyvənd (3 yaşa qədər), öskürək, korona və quduzluq peyvəndi ildə bir dəfə təkrarlanmalıdır.

Pişiklərdə peyvənd cədvəli

7-9. həftə qarışıq peyvənd (3-lü ya da 4-lü)

12. həftə qarışıq peyvənd (2-ci peyvənd)

13-cü həftə lösemi (FeLV)

16-cı həftə lösemi (2-ci peyvənd)

18-ci həftə quduzluq peyvəndi

Qeyd edək ki, bu peyvəndlər hər il təkrarlanmalıdır.

Peyvənd heyvanın bədən istiliyinin yüksəlməsinə və qızdırmasına səbəb ola bilər. Bu normaldır. Heç bir antipiretik və ya aspirin verməyin! Heyvanınız yeməkdən kəsilərsə, dərhal baytar həkiminizlə məsləhətləşin.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669