İt və pişikdən korona keçə bilərmi?
Son günlər ən çox sosial şəbəkədə insanları narahat edən “Koronavirusun ev heyvanlarından keçə bilərmi?
Türkiyədə Pişik Baytarı Həkimlər Dərnəyinin baş həkimi sosial şəbəkədə yayılan pişik və itlərdən koronavirus yoluxma iddialarına münasibət bildirib.

Agroexpert.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş baytar həkim Ümumdünya Səhiyyə Təşkilatının ev heyvanlarında COVİD-19 infeksiyasının daşıyıcısı olması barədə hərhansı bir təsdiqi olmadığının açıqlayıb.
Baytar: “Dünyada heyvanları sevməyən insanlar bunu fürsət kimi istifadə edirlər”.
Heyvanlardan insanlara keçən xəstəliklərin əsrlərdir olduğunu deyən həkim artıq onlara qarşı qoruyucu vasitələrin olduğunu bildirib.
“Yüzlərlə elmi araşdırma sübut edib ki, ev heyvanlarımız bizi xəstələndirmir, hətta bir çox xəstəliklərə tutulmaqdan xilas edir. Heyvan sahibi ailələr heç narahat olmadan övladları qədər sevdikləri pişik və itləri ilə yaşamağa davam edə bilərlər”.